Təhsil 365 - Logo Mobile

Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı

8128.04.2026 - 19:02
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı

Uşağın gələcək şəxsiyyətinin necə formalaşdığı sualı valideynləri və mütəxəssisləri ən çox düşündürən mövzulardan biridir. Xüsusilə erkən yaş dövründə mühitin rolu tez-tez müzakirə olunur. Bəs uşaq hansı mühitdə böyüyürsə, bu onun şəxsiyyətinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.

Ekspert bildirib ki, “Erkən yaş dövrü uşağın şəxsiyyətinin əsaslarının qoyulduğu mərhələdir və bu mərhələdə mühitin rolu son dərəcə böyükdür.”

Onun sözlərinə görə, uşaq bu yaşda daha çox müşahidə və təqlid yolu ilə öyrənir: “Uşaq ətrafındakı insanların davranışlarını, ünsiyyət tərzini və reaksiyalarını mənimsəyir. Bu isə onun gələcək davranış modelinə birbaşa təsir edir.”

Ekspert qeyd edib ki, emosional mühit xüsusilə vacibdir: “Sevgi, təhlükəsizlik və qəbul mühiti olan uşaqlar daha özgüvənli və sosial cəhətdən açıq böyüyür. Əksinə, gərgin və qeyri-sabit mühit uşağın daxili narahatlığını artıra bilər.”

O vurğulayıb ki, mühit yalnız ailə ilə məhdudlaşmır: “Bağça, müəllimlər və yaşıdlarla ünsiyyət də uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.”

Ekspert əlavə edib ki, erkən təsirlər uzunmüddətli olur: “Bu dövrdə formalaşan davranış və emosional reaksiyalar sonrakı illərdə də davam edə bilər. Buna görə də erkən müdaxilə və düzgün mühit çox vacibdir.”

Bununla yanaşı, o qeyd edib ki, şəxsiyyət tamamilə sabit deyil: “Uşaq inkişaf etdikcə yeni təcrübələr və mühit dəyişiklikləri də onun formalaşmasına təsir edə bilər. Yəni erkən təsir güclü olsa da, sonrakı mərhələlər də önəmlidir.”

Sonda ekspert bildirib ki, “Ən sağlam inkişaf üçün uşaq sabit, dəstəkləyici və anlayışlı mühitdə böyüməlidir. Bu, onun həm emosional, həm də sosial cəhətdən balanslı şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.”

Nərmin Mustafayeva

Xəbər Lenti

Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb31.07.2026 - 16:04
“Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb31.07.2026 - 15:57
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA31.07.2026 - 15:54
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb31.07.2026 - 15:52
Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir - SİYAHI31.07.2026 - 15:46
Universitetlərin qəbul planı bu tarixdə AÇIQLANACAQ31.07.2026 - 15:42
150 balla tələbə adı qazanmaq mümkün olacaq - Məleykə Abbaszadə31.07.2026 - 15:37
DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir31.07.2026 - 15:31
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər31.07.2026 - 15:24
“İsti hava dalğaları və quraqlıq Azərbaycanın ekosistemini zəiflədir” - Ekoloq Cəmşid Bəxtiyar 31.07.2026 - 11:00
“Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinə yekun vurulub31.07.2026 - 10:55
Rus dili üzrə ən uğurlu məktəblər açıqlanıb31.07.2026 - 10:50
Ağdaş Uşaq Musiqi Məktəbi Habil Əliyevin adını daşıyacaq31.07.2026 - 10:45
“44” bədii filminin çəkilişləri yekunlaşıb31.07.2026 - 10:40
MDU ali təhsil sərgisində təmsil olunur31.07.2026 - 10:35
Professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib31.07.2026 - 10:30
BMU məzunu Böyük Britaniyada kibertəhlükəsizlik üzrə təhsilini davam etdirəcək31.07.2026 - 10:25
Naxçıvanın ən yüksək nəticə göstərən abituriyentləri açıqlanıb – SİYAHI31.07.2026 - 10:20
11-ci siniflər üzrə İngilis dili fənnində ən yüksək nəticə göstərən məktəblər – SİYAHI31.07.2026 - 10:15
Jurnalistika ixtisasını seçəcək abituriyentlərə vacib məlumat31.07.2026 - 10:10
Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı rəsmi açıqlama31.07.2026 - 10:05
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında xüsusi kino axşamı keçiriləcək31.07.2026 - 10:00
Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar31.07.2026 - 09:55
UNEC-də magistraturaya ayrılan plan yerlərinin 98,7 faizi dolub31.07.2026 - 09:50
Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3250-yə çatdırılıb31.07.2026 - 09:45
ADMİU 2026–2030-cu illər üzrə inkişaf strategiyasını təqdim edir: ali incəsənət təhsilində yeni mərhələ başlayır31.07.2026 - 09:40
AzTU-da elektron diplomların verilməsinə başlanılıb31.07.2026 - 09:35
Beşinci “YAŞAT” düşərgəsi başa çatıb-FOTOLAR31.07.2026 - 09:30
Vilayət Vəliyevin yerinə yeni rektor təyin olunub31.07.2026 - 09:25
9-cu sinif məzunları üçün: Ən aşağı keçid ballı kollec ixtisasları31.07.2026 - 09:20
Mədəniyyət təhsilində yeni istiqamət müəyyənləşdirilib31.07.2026 - 09:15
Günün havası: Bəzi ərazilərdə 38 dərəcə isti olacaq31.07.2026 - 09:10
Polşada məktəblərdə smartfon istifadəsi qadağan edilir31.07.2026 - 09:05
Avstraliyada yeniyetmələr üçün sosial şəbəkə qadağası gözlənilən nəticəni verməyib31.07.2026 - 09:00
bp yerli istedadlara beynəlxalq təhsil yolunda dəstək göstərib31.07.2026 - 08:50
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir31.07.2026 - 08:30
Azərbaycan Elm Fondu yeni dövrün elmi prioritetlərini açıqlayıb31.07.2026 - 08:18
Respublika fənn müsabiqəsi və olimpiadalarının qalibi Yaqub Baratlı Qarabağ Universitetini seçib31.07.2026 - 08:05
Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib-FOTOLAR31.07.2026 - 07:55
Sabah 39 dərəcə isti olacaq31.07.2026 - 07:50
Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri üç dəfə azaldan elmi nəticə əldə edib-FOTO31.07.2026 - 07:35
Azərbaycan universiteti sərgidə iştirak edir-FOTOLAR31.07.2026 - 07:25
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək31.07.2026 - 07:10
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib-FOTOLAR31.07.2026 - 07:00
Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb31.07.2026 - 06:50
AMEA prezidenti: Qəbələdə beynəlxalq arxeoloji ekspedisiyanın nəticələri ilə bağlı elmi məqalələr hazırlanmalıdır-FOTOLAR31.07.2026 - 06:45
"Psixoloqa müraciət etmək zəiflik deyil"- Psixoloq Sevinc Həbibova31.07.2026 - 06:26
Şamaxıda gənclər narkotiklərin fəsadları barədə məlumatlandırılıblar31.07.2026 - 05:49