“I sinfə qəbul prosesi may ayının birindən start götürəcək”.
“Tehsil365“ xeber verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, 6 may tarixindən isə valideynlər məktəb və müəllim seçiminə başlaya bilərlər. Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib:
“I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir”.
I sinfə qəbulun başlama tarixi açıqlandı
9828.04.2026 - 15:20

