Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
“Tehsil365” xəbər verir ki, ziyarət çərçivəsində şagirdlər Universitetin müxtəlif bölmələri, Heydər Əliyev, Təkamül və Faydalı qazıntılar muzeyləri ilə yaxından tanış olublar. Sonra şagirdlər BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Şagirdlərə BDU-nun yaranma tarixi, elmi, tədris və sosial fəaliyyəti, beynəlxalq uğurları, ixtisasları, tanınmış məzunları, tələbə təşkilatları haqqında da məlumat verilib.

