Təhsil 365 - Logo Mobile

BDU-da “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir

6329.04.2026 - 08:49
BDU-da “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı və “Azərbaycan Uşaqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Bildirib ki, göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti olan akademik Zərifə Əliyevanın sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Akademik Zərifə Əliyeva böyük alim, nüfuzlu ictimai xadim olmaqla yanaşı, örnək bir ana və sadiq ömür-gün yoldaşı kimi xalqımızın yaddaşında əbədi iz qoyub.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyatının və elmi irsinin hər bir gənc üçün nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sahədə ali təhsil ocaqlarının da üzərinə mühüm vəzifələr düşür: “BDU uşaqların hüquqlarının təmin edilməsi və müdafiəsi istiqamətində daim imkanlarını səfərbər edən nümunəvi təhsil ocaqlarındandır. Gələcəyimiz olan uşaqları yaxşı təhsil verməklə yanaşı, sevgi və qayğı ilə əsl vətəndaş kimi yetişdirə bilərik".

Daha sonra BDU tələbələri və İctimai Birliyin üzvləri “İncə bellim”, “Nağara”, “İgidlər”, “Qavalla rəqs”, “Zəfər”, “Gürcü” rəqsləri, "Ey həyat, sən nə qəribəsən”, “Gəl, ey səhər”, “Dilbərin ariyası”, “Məsafələr” kimi musiqi nömrələri ifa ediblər.

Sonda İctimai Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Psixoloq: Uşaqlarda özgüvən problemi son illər daha çox müşahidə olunur29.04.2026 - 09:53
ADU nümayəndələri Türkmənistanın Azərbaycandakı Səfirliyində görüş keçirib29.04.2026 - 09:47
BDU komandası Qərbi Azərbaycanla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub29.04.2026 - 09:39
Planşetlər üçün süni intellekt brauzeri hazırlanıb29.04.2026 - 09:30
ADU-da psixoterapiya mövzusunda təlim keçirilib29.04.2026 - 09:22
C vitamini ilə zəngin olan həmin meyvə29.04.2026 - 09:11
ADU-da tələbə-gənclərlə maarifləndirici görüş keçirilib29.04.2026 - 09:02
"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib29.04.2026 - 08:55
Macarıstanda ADU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə səfər həyata keçirilib29.04.2026 - 08:40
Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri BDU-da29.04.2026 - 08:34
Bu peyklərdə həyat mümkün ola bilər29.04.2026 - 08:25
Bu günə olan hava proqnozu açıqlanıb 29.04.2026 - 08:12
BMU tələbələri Abşeron Logistika Mərkəzində olub29.04.2026 - 08:01
ADU-da “Cəmiyyətin Dayanıqlığında Gender Balansı” mövzusunda dəyirmi masa keçirilib29.04.2026 - 07:51
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub29.04.2026 - 07:40
ADU-da tələbələr üçün ustad dərs keçirilib29.04.2026 - 07:32
ABŞ-də keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub29.04.2026 - 07:22
Qanda şəkəri azaltmaq üçün yeni təbii vasitə tapılıb29.04.2026 - 07:13
Məktəbdə şagird narahatlığına qarşı tədbirlər gücləndirilir29.04.2026 - 07:00
Yaxşı məktəbəqədər təhsil proqramının əsas tərkib hissələri açıqlanıb29.04.2026 - 06:36
Səmərəsiz təlim metodları: hələ də istifadə olunan, amma nəticə verməyən yanaşmalar29.04.2026 - 06:18
Məzuniyyət mərasimlərinin təhlükəsiz və nümunəvi təşkili üçün vacib addımlar29.04.2026 - 06:00
Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur29.04.2026 - 05:42
Lyuis Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin qalibi olub29.04.2026 - 05:18
Bakı Konqres Mərkəzinin açılışı paytaxtın tədbir infrastrukturunu gücləndirib29.04.2026 - 05:06
General-mayor Mir İbrahim bəy Talışinskinin həyatı və fəaliyyəti xatırlanır29.04.2026 - 04:54
Bakının sabiq baş memarı Hənifə Ələsgərovun fəaliyyəti yada salınır29.04.2026 - 04:36
Görkəmli kinorejissor Əjdər İbrahimovun sənət irsi yad edilir29.04.2026 - 04:18
Azərbaycanın ilk qadın bəstəkarlarından biri – Ədilə Hüseynzadənin həyat yolu29.04.2026 - 04:00
Gənc müəllim vəfat etdi28.04.2026 - 19:58
“Rəqəmsal Məktəb” daha 199 məktəbi əhatə edəcək28.04.2026 - 19:54
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib28.04.2026 - 19:48
Məktəb psixoloqları sertifikasiyadan keçəcək - MÜTDA28.04.2026 - 19:44
Məktəblərdə nizam-intizam göstəriciləri yaxşılaşır - Eşqi Bağırov28.04.2026 - 19:39
Azərbaycanlı şagird dünya birincisi oldu28.04.2026 - 19:34
Qazaxıstanda təqaüdlə təhsil imkanı28.04.2026 - 19:26
Azərbaycan Universitetinin təşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans 28.04.2026 - 19:21
Məktəbdə Zərifə Əliyevanın 103 illiyi qeyd olunub28.04.2026 - 19:15
BMU aliminin monoqrafiyası “Springer” tərəfindən nəşr edilib28.04.2026 - 19:08
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı28.04.2026 - 19:02
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar28.04.2026 - 19:00
RFO-nun Azərbaycan dili və ədəbiyyat fənni üzrə NƏTİCƏLƏRİ28.04.2026 - 18:56
Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər28.04.2026 - 18:50
Bağçada azyaşlıya şiddət göstərilməsi iddiası araşdırılır - BŞTİ28.04.2026 - 18:48
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ28.04.2026 - 18:45
AzMİU-nun həyətində taxta tullantıları yanıb28.04.2026 - 18:44
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb28.04.2026 - 18:36