"Google" şirkəti "YouTube" platformasında video məzmununun axtarışı və təhlili üçün "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.
“Tehsil365” "Engadget" nəşrinə istinadən xəbər verir ki, bu yeni alət istifadəçilərə mürəkkəb sorğular verməyə və həm mətn izahları, həm də taym-kodlarla seçilmiş videolar daxil olmaqla geniş cavablar almağa imkan verir.
Həmçinin istifadəçilər əlavə suallar verərək məlumatı dəqiqləşdirə bilirlər. Funksiya "YouTube Labs" xidməti çərçivəsində test mərhələsindədir və yalnız ABŞ-də 18 yaşdan yuxarı "YouTube Premium" abunəçiləri üçün əlçatandır. Test müddəti iyunun 8-dək davam edəcək.
Funksiyadan istifadə etmək üçün onu hesabda aktivləşdirmək lazımdır. Bundan sonra axtarış sətrində "Ask YouTube" düyməsi görünür və istifadəçilərə həm hazır təkliflər, həm də öz sorğularını daxil etmək imkanı verilir.

