Təhsil 365 - Logo Mobile

ADU-da tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

6229.04.2026 - 09:02
ADU-da tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) tələbə-gənclərlə maarifləndirici görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənli tədbirin baş tutmasına yaradılan şəraitə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə və auditoriyada iştirak edən tələbələrə təşəkkür edərək bildirib ki, həyata keçirdikləri layihənin məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək. Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir. O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Tədbirdə çıxış edən Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin sədri, tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynli də milli kimlik və mənəvi dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, hər bir xalqın gücü onun milli kimlik şüurunun səviyyəsi ilə ölçülür və bu şüurun formalaşmasında gənclərin rolu əvəzsizdir. Natiq qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən maarifləndirici layihələr gənclərin öz dəyərlərinə sahib çıxmasına və milli irsi yaşatmasına mühüm töhfə verir.

Görüş interaktiv formatda davam edib. Tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirilib ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Psixoloq: Uşaqlarda özgüvən problemi son illər daha çox müşahidə olunur29.04.2026 - 09:53
ADU nümayəndələri Türkmənistanın Azərbaycandakı Səfirliyində görüş keçirib29.04.2026 - 09:47
BDU komandası Qərbi Azərbaycanla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub29.04.2026 - 09:39
Planşetlər üçün süni intellekt brauzeri hazırlanıb29.04.2026 - 09:30
ADU-da psixoterapiya mövzusunda təlim keçirilib29.04.2026 - 09:22
C vitamini ilə zəngin olan həmin meyvə29.04.2026 - 09:11
"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib29.04.2026 - 08:55
BDU-da “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir29.04.2026 - 08:49
Macarıstanda ADU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə səfər həyata keçirilib29.04.2026 - 08:40
Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri BDU-da29.04.2026 - 08:34
Bu peyklərdə həyat mümkün ola bilər29.04.2026 - 08:25
Bu günə olan hava proqnozu açıqlanıb 29.04.2026 - 08:12
BMU tələbələri Abşeron Logistika Mərkəzində olub29.04.2026 - 08:01
ADU-da “Cəmiyyətin Dayanıqlığında Gender Balansı” mövzusunda dəyirmi masa keçirilib29.04.2026 - 07:51
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub29.04.2026 - 07:40
ADU-da tələbələr üçün ustad dərs keçirilib29.04.2026 - 07:32
ABŞ-də keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub29.04.2026 - 07:22
Qanda şəkəri azaltmaq üçün yeni təbii vasitə tapılıb29.04.2026 - 07:13
Məktəbdə şagird narahatlığına qarşı tədbirlər gücləndirilir29.04.2026 - 07:00
Yaxşı məktəbəqədər təhsil proqramının əsas tərkib hissələri açıqlanıb29.04.2026 - 06:36
Səmərəsiz təlim metodları: hələ də istifadə olunan, amma nəticə verməyən yanaşmalar29.04.2026 - 06:18
Məzuniyyət mərasimlərinin təhlükəsiz və nümunəvi təşkili üçün vacib addımlar29.04.2026 - 06:00
Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur29.04.2026 - 05:42
Lyuis Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin qalibi olub29.04.2026 - 05:18
Bakı Konqres Mərkəzinin açılışı paytaxtın tədbir infrastrukturunu gücləndirib29.04.2026 - 05:06
General-mayor Mir İbrahim bəy Talışinskinin həyatı və fəaliyyəti xatırlanır29.04.2026 - 04:54
Bakının sabiq baş memarı Hənifə Ələsgərovun fəaliyyəti yada salınır29.04.2026 - 04:36
Görkəmli kinorejissor Əjdər İbrahimovun sənət irsi yad edilir29.04.2026 - 04:18
Azərbaycanın ilk qadın bəstəkarlarından biri – Ədilə Hüseynzadənin həyat yolu29.04.2026 - 04:00
Gənc müəllim vəfat etdi28.04.2026 - 19:58
“Rəqəmsal Məktəb” daha 199 məktəbi əhatə edəcək28.04.2026 - 19:54
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib28.04.2026 - 19:48
Məktəb psixoloqları sertifikasiyadan keçəcək - MÜTDA28.04.2026 - 19:44
Məktəblərdə nizam-intizam göstəriciləri yaxşılaşır - Eşqi Bağırov28.04.2026 - 19:39
Azərbaycanlı şagird dünya birincisi oldu28.04.2026 - 19:34
Qazaxıstanda təqaüdlə təhsil imkanı28.04.2026 - 19:26
Azərbaycan Universitetinin təşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans 28.04.2026 - 19:21
Məktəbdə Zərifə Əliyevanın 103 illiyi qeyd olunub28.04.2026 - 19:15
BMU aliminin monoqrafiyası “Springer” tərəfindən nəşr edilib28.04.2026 - 19:08
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı28.04.2026 - 19:02
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar28.04.2026 - 19:00
RFO-nun Azərbaycan dili və ədəbiyyat fənni üzrə NƏTİCƏLƏRİ28.04.2026 - 18:56
Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər28.04.2026 - 18:50
Bağçada azyaşlıya şiddət göstərilməsi iddiası araşdırılır - BŞTİ28.04.2026 - 18:48
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ28.04.2026 - 18:45
AzMİU-nun həyətində taxta tullantıları yanıb28.04.2026 - 18:44
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb28.04.2026 - 18:36