Bakı Dövlət Universitetinin (BDU) komandası "İrəli" İctimai Birliyinin “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununda I yeri tutub.
“Tehsil365” xəbər verir ki, iştirakçılar Qərbi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı biliklərini nümayiş etdirərək rəqabətli mühitdə mübarizə aparıblar.
İntellektual oyun Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Qərbi Azərbaycan irsini tanı” layihəsinin silsilə tədbirlərinin davamıdır. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) tərəfdaşlığı ilə həyata keçirilib.

