Təhsil 365 - Logo Mobile

ADU nümayəndələri Türkmənistanın Azərbaycandakı Səfirliyində görüş keçirib

7329.04.2026 - 09:47
ADU nümayəndələri Türkmənistanın Azərbaycandakı Səfirliyində görüş keçirib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli və Mərkəzin əməkdaşı Türkan Cəfərova Türkmənistanın Azərbaycandakı Səfirliyini ziyarət ediblər.

“Tehsil365” xəbər verir ki, ziyarət çərçivəsində səfir Gurbanmammet Elyasov və səfirliyin üçüncü katibi Shirin Batyrova ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, iki ölkə arasında mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə vurğulanıb ki, Türkmənistan Türk dünyasının mühüm mədəni mərkəzlərindən biri kimi zəngin ədəbi irsə, qədim dil qatlarına və özünəməxsus folklor ənənələrinə malikdir. Bu baxımdan, Türkmənistanın mədəni irsinin Türk dünyası kontekstində daha geniş şəkildə tanıdılması və tədqiqi xüsusi əhəmiyyət daşıyır.

Tərəflər dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinin, eləcə də elmi və mədəni platformaların yaradılmasının zəruriliyini vurğulayıblar.

Görüş zamanı Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və gördüyü işlər haqqında məlumat verib. O, xüsusilə Mərkəz tərəfindən hazırlanan elmi və mədəni layihələrin Türk dünyası ölkələri arasında ortaq mədəni yaddaşın gücləndirilməsi, dil və ədəbiyyat sahəsində əməkdaşlığın inkişafı və Türk xalqları arasında elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bu çərçivədə “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” layihəsi çərçivəsində türk dillərinin leksik zənginliyinin araşdırılması və ortaq söz xəzinəsinin üzə çıxarılması, “Türk Dünyası Əl Kitabı” layihəsi vasitəsilə türk xalqlarının tarixi və mədəni irsinin sistemli şəkildə təqdim edilməsi, “Heydər Əliyev və Türk Dünyası” layihəsi ilə Türk dünyasında birlik ideyasının təbliği, eləcə də “Türk Dünyası Dil, Film və Tərcümə” istiqaməti çərçivəsində dil və mədəniyyətlərarası əlaqələrin inkişafı xüsusi olaraq diqqətə çatdırılıb.

Səfirlik nümayəndələri təqdim olunan layihələri yüksək qiymətləndirib, xüsusilə Türkmənistanın dil və ədəbiyyat nümunələrinin bu layihələr çərçivəsində daha geniş şəkildə təbliğinin vacibliyini qeyd ediblər. Eyni zamanda tərəflər gələcəkdə birgə elmi konfransların, seminarların, mədəni tədbirlərin, film nümayişlərinin və tərcümə layihələrinin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfərlərin təşkili istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib və bu sahədə ilkin razılığa gəliblər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Psixoloq: Uşaqlarda özgüvən problemi son illər daha çox müşahidə olunur29.04.2026 - 09:53
BDU komandası Qərbi Azərbaycanla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub29.04.2026 - 09:39
Planşetlər üçün süni intellekt brauzeri hazırlanıb29.04.2026 - 09:30
ADU-da psixoterapiya mövzusunda təlim keçirilib29.04.2026 - 09:22
C vitamini ilə zəngin olan həmin meyvə29.04.2026 - 09:11
ADU-da tələbə-gənclərlə maarifləndirici görüş keçirilib29.04.2026 - 09:02
"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib29.04.2026 - 08:55
BDU-da “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir29.04.2026 - 08:49
Macarıstanda ADU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə səfər həyata keçirilib29.04.2026 - 08:40
Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri BDU-da29.04.2026 - 08:34
Bu peyklərdə həyat mümkün ola bilər29.04.2026 - 08:25
Bu günə olan hava proqnozu açıqlanıb 29.04.2026 - 08:12
BMU tələbələri Abşeron Logistika Mərkəzində olub29.04.2026 - 08:01
ADU-da “Cəmiyyətin Dayanıqlığında Gender Balansı” mövzusunda dəyirmi masa keçirilib29.04.2026 - 07:51
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub29.04.2026 - 07:40
ADU-da tələbələr üçün ustad dərs keçirilib29.04.2026 - 07:32
ABŞ-də keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub29.04.2026 - 07:22
Qanda şəkəri azaltmaq üçün yeni təbii vasitə tapılıb29.04.2026 - 07:13
Məktəbdə şagird narahatlığına qarşı tədbirlər gücləndirilir29.04.2026 - 07:00
Yaxşı məktəbəqədər təhsil proqramının əsas tərkib hissələri açıqlanıb29.04.2026 - 06:36
Səmərəsiz təlim metodları: hələ də istifadə olunan, amma nəticə verməyən yanaşmalar29.04.2026 - 06:18
Məzuniyyət mərasimlərinin təhlükəsiz və nümunəvi təşkili üçün vacib addımlar29.04.2026 - 06:00
Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur29.04.2026 - 05:42
Lyuis Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin qalibi olub29.04.2026 - 05:18
Bakı Konqres Mərkəzinin açılışı paytaxtın tədbir infrastrukturunu gücləndirib29.04.2026 - 05:06
General-mayor Mir İbrahim bəy Talışinskinin həyatı və fəaliyyəti xatırlanır29.04.2026 - 04:54
Bakının sabiq baş memarı Hənifə Ələsgərovun fəaliyyəti yada salınır29.04.2026 - 04:36
Görkəmli kinorejissor Əjdər İbrahimovun sənət irsi yad edilir29.04.2026 - 04:18
Azərbaycanın ilk qadın bəstəkarlarından biri – Ədilə Hüseynzadənin həyat yolu29.04.2026 - 04:00
Gənc müəllim vəfat etdi28.04.2026 - 19:58
“Rəqəmsal Məktəb” daha 199 məktəbi əhatə edəcək28.04.2026 - 19:54
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib28.04.2026 - 19:48
Məktəb psixoloqları sertifikasiyadan keçəcək - MÜTDA28.04.2026 - 19:44
Məktəblərdə nizam-intizam göstəriciləri yaxşılaşır - Eşqi Bağırov28.04.2026 - 19:39
Azərbaycanlı şagird dünya birincisi oldu28.04.2026 - 19:34
Qazaxıstanda təqaüdlə təhsil imkanı28.04.2026 - 19:26
Azərbaycan Universitetinin təşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans 28.04.2026 - 19:21
Məktəbdə Zərifə Əliyevanın 103 illiyi qeyd olunub28.04.2026 - 19:15
BMU aliminin monoqrafiyası “Springer” tərəfindən nəşr edilib28.04.2026 - 19:08
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı28.04.2026 - 19:02
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar28.04.2026 - 19:00
RFO-nun Azərbaycan dili və ədəbiyyat fənni üzrə NƏTİCƏLƏRİ28.04.2026 - 18:56
Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər28.04.2026 - 18:50
Bağçada azyaşlıya şiddət göstərilməsi iddiası araşdırılır - BŞTİ28.04.2026 - 18:48
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ28.04.2026 - 18:45
AzMİU-nun həyətində taxta tullantıları yanıb28.04.2026 - 18:44
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb28.04.2026 - 18:36