Təhsil 365 - Logo Mobile

Teatrşünas alim İnqilab Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya

10529.04.2026 - 12:00
Teatrşünas alim İnqilab Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya

AMEA-da Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli teatrşünas alim, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Bu barədə “Tehsil365” ə institutdan məlumat verilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə görkəmli teatrşünas-alimin çoxşaxəli yaradıcılığından, pedaqoji fəaliyyətindən, insani keyfiyyətlərindən danışaraq bu gün İnqilab Kərimovun 95 illiyinin qeyd edilməsinin onun Azərbaycan elmi qarşısında göstərdiyi xidmətlərinin nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, İnqilab Kərimov 1957-ci ildən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayıb. Həmçinin o, qırx ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olub. Onun elmi və təşkilati fəaliyyəti bu institutla sıx bağlı olub, xüsusilə teatrşünaslıq sahəsində dəyərli araşdırmalar aparıb. İnqilab Kərimov 1985-ci ildən ömrünün sonuna qədər institutun Teatr, kino və televiziya şöbəsinə rəhbərlik edib, bu sahələrin inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi dövründə şöbədə aparılan tədqiqatlar Azərbaycan səhnə sənətinin nəzəri və praktik problemlərinin araşdırılmasına yönəldilib.

Alimin elmi fəaliyyətindən bəhs edən Ərtegin Salamzadə 200-dən çox elmi əsərin müəllifi olan İ.Kərimovun əsas tədqiqat istiqamətinin Azərbaycan teatr tarixi və inkişafı olduğunu söyləyib. O əlavə edib ki, alimin elmi-təşkilati fəaliyyəti dövründə rəhbərlik etdiyi elmi araşdırmaların nəticəsi olan “Azərbaycan teatr tarixi” kitabının I və II cildində bu istiqamət özünü ehtiva edir.

İnqilab Kərimovun elmi fəaliyyətini yüksək qiymətləndirən professor Ərtegin Salamzadə onun “Azərbaycan-Türkiyə teatr əlaqələri” kitabını xüsusi qeyd edib. Bildirib ki, teatrşünas alim İ.Kərimov 1963-cü ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Ərtegin Salamzadə teatrşünas alim İnqilab Kərimovun zəngin elmi və yaradıcılıq irsi olduğunu, onun Azərbaycan teatrşünaslıq elminin inkişafında əhəmiyyətli rolu olduğunu, eləcə də elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə mədəniyyət tarixində silinməz iz qoyduğunu qeyd edib. İnqilab Kərimovun rəhbərliyi altında çox sayda fəlsəfə doktorlarının, yüksəkixtisaslı mədəniyyət kadrlarının hazırlandığını və teatrşünaslıq sahəsində apardığı araşdırmaları ilə teatr və mədəniyyətin inkişafına, incəsənət elminə böyük töhfələr verdiyini söyləyib. O, həmçinin alimin bədii yaradıcılından bəhs edib, onun təşəbbüsü ilə səhnələşdirilən tamaşalardan və müəllifi olduğu əsərlərdən danışıb.

Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin hazırladığı teatrşünas alim İnqilab Kərimovun həyat və yaradıcılığına həsr edilən foto-qalereya nümayiş etdirilib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktorları - dosent Vidadi Qafarov “İnqilab Kərimovun elmi irsi Azərbaycan teatrşünaslığının inkişafı kontekstində”, dosent Nərminə Ağayeva “ İnqilab Kərimovun bədii yaradıcılığı”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Məryəm Əlizadə “İnqilab Kərimov milli teatr tariximizin tədqiqatçı-pedaqoqu kimi” mövzusunda məruzə ediblər.

Sonda mərhumun qızı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Kərimova çıxış edərək institutun rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirib.

Zəhra Əliyeva

Xəbər Lenti

BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar29.04.2026 - 17:55
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40
Akif Nəsirli: “Xarici tələbələrin təsiri strateji yanaşma tələb edir”29.04.2026 - 16:38
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq29.04.2026 - 16:35
AzTU-da "SciVal" platforması üzrə təlim keçirilib29.04.2026 - 16:35
Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub29.04.2026 - 16:25
Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu29.04.2026 - 16:15
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri açıqlandı29.04.2026 - 16:05
Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma29.04.2026 - 15:59
“Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib29.04.2026 - 15:50
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib29.04.2026 - 15:40
ADNSU tələbəsi beynəlxalq turnirdə qızıl medal qazandı29.04.2026 - 15:30
AzTU-da Səməd Vurğunun yubileyinə həsr olunan tədbir keçirilib29.04.2026 - 15:20
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 15:10
Sinifdə liderlik edən şagirdlərin digərlərinə təsiri nədir? - Şərafət Şirinli29.04.2026 - 15:00
Prezident İlham Əliyev sertifikatlaşdırma ilə bağlı dəyişiklikləri təsdiqlədi29.04.2026 - 15:00
Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı29.04.2026 - 14:50
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq29.04.2026 - 14:45
Belqradda Azərbaycanın təşəbbüsü ilə şahmat pavilyonu açılıb29.04.2026 - 14:30
Səid Rüstəmov adına orkestr WUF13 çərçivəsində konsert verəcək29.04.2026 - 14:20
“Ağ vərəq” qısametrajlı filmi yazıçının yaradıcılıq sarsıntılarını ekrana gətirir29.04.2026 - 14:10
Gələcək dizaynerlərin yaradıcılıq platforması – “Dizayn həftəsi”nin rəsmi açılış mərasimi olub29.04.2026 - 14:00
Ankara Universitetinin dekanı Dilçilik İnstitutunda qonaq olub29.04.2026 - 13:45