Təhsil 365 - Logo Mobile

Mayın 3-də 29 mindən çox abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək

10329.04.2026 - 13:25
Mayın 3-də 29 mindən çox abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

DİM-dən “Tehsil365” ə bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 29 min 182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Zəhra Əliyeva

Xəbər Lenti

BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar29.04.2026 - 17:55
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40
Akif Nəsirli: “Xarici tələbələrin təsiri strateji yanaşma tələb edir”29.04.2026 - 16:38
AzTU-da "SciVal" platforması üzrə təlim keçirilib29.04.2026 - 16:35
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq29.04.2026 - 16:35
Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub29.04.2026 - 16:25
Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu29.04.2026 - 16:15
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri açıqlandı29.04.2026 - 16:05
Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma29.04.2026 - 15:59
“Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib29.04.2026 - 15:50
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib29.04.2026 - 15:40
ADNSU tələbəsi beynəlxalq turnirdə qızıl medal qazandı29.04.2026 - 15:30
AzTU-da Səməd Vurğunun yubileyinə həsr olunan tədbir keçirilib29.04.2026 - 15:20
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 15:10
Prezident İlham Əliyev sertifikatlaşdırma ilə bağlı dəyişiklikləri təsdiqlədi29.04.2026 - 15:00
Sinifdə liderlik edən şagirdlərin digərlərinə təsiri nədir? - Şərafət Şirinli29.04.2026 - 15:00
Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı29.04.2026 - 14:50
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq29.04.2026 - 14:45
Belqradda Azərbaycanın təşəbbüsü ilə şahmat pavilyonu açılıb29.04.2026 - 14:30
Səid Rüstəmov adına orkestr WUF13 çərçivəsində konsert verəcək29.04.2026 - 14:20
“Ağ vərəq” qısametrajlı filmi yazıçının yaradıcılıq sarsıntılarını ekrana gətirir29.04.2026 - 14:10
Gələcək dizaynerlərin yaradıcılıq platforması – “Dizayn həftəsi”nin rəsmi açılış mərasimi olub29.04.2026 - 14:00
Ankara Universitetinin dekanı Dilçilik İnstitutunda qonaq olub29.04.2026 - 13:45