Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin daha 2 şagirdi respublika fənn olimpiadalarında (RFO) qalib olub.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib. Bildirilib ki, liseyin IX sinif şagirdləri Alikamal Həsən və Sulduz Hacıyev riyaziyyat fənni üzrə RFO-da ikinci yerə çıxaraq, gümüş medala layiq görülüblər.

