Təhsil 365 - Logo Mobile

Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma

9629.04.2026 - 15:59
Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi” başlayıb. Aprelin 27-dən start götürən tədbir artıq ikinci ildir ki, keçirilir.

“Tehsil365“
xəbər verir ki, universitetin Dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir yaradıcılıq, innovasiya və beynəlxalq əməkdaşlığın təşviqi baxımından mühüm platforma kimi diqqət çəkib. 

Bu gün keçirilən açılış mərasiminə  dizayn istiqaməti üzrə ixtisasları olan universitetlərin rektorları da qatılıb. Tədbirdə açılış nitqi ilə çıxış edən AzMİU-nun Dizayn fakültəsinin dekanı, dosent Fərid Kərimov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, “Dizayn həftəsi” tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yeni ideyalarının dəstəklənməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm rol oynayır. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, xalqımızın mədəni həyatında yaradıcılıq hər zaman xüsusi yer tutub və bu zəngin irs cəmiyyətin estetik zövqünün, düşüncə tərzinin formalaşmasında mühüm rol oynayıb. Rektor vurğulayıb ki, Dizayn fakültəsi nisbətən yeni struktur olsa da, qısa müddət ərzində mühüm nailiyyətlər qazanaraq universitetin sürətlə inkişaf edən fakültələrindən birinə çevrilib. 

Gülçöhrə Məmmədova bildirib ki, fakültədə formalaşan yaradıcı mühit tələbələrin potensialının üzə çıxarılmasına, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişməsinə geniş imkan yaradır. O, həmçinin süni intellektin tədris və dizayn sahəsinə tətbiqi məsələsinə toxunaraq qeyd edib ki, bu istiqamət yeni imkanlar açsa da, məsələyə xüsusi məsuliyyət və balanslı yanaşmaq vacibdir. Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə həm təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də yaradıcı yanaşmaların inkişafına mühüm töhfə verəcək. 

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev çıxışında AzMİU-nun memarlıq və dizayn sahəsində keyfiyyətli təhsili ilə seçildiyini bildirib. O qeyd edib ki, universitetdə formalaşan güclü akademik mühit və yaradıcı yanaşma tələbələrin peşəkar inkişafında mühüm rol oynayır. 

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev isə çıxışında AzMİU-da dizayn sahəsində tətbiq olunan müasir yanaşmaların öyrənilməsində maraqlı olduqlarını bildirib. O, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Tədbirdə həmçinin Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, gənclərin yaradıcılıq potensialının inkişafı üçün belə platformaların vacibliyini vurğulayıblar. 

Çıxışlardan sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Rəssamlıq Akademiyası, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Memorandumlarda dizayn sahəsi üzrə qarşılıqlı akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat və yaradıcılıq layihələrinin həyata keçirilməsi, seminar, təlim, ustad dərsləri və sərgilərin təşkili, inklüziv təhsil imkanlarının inkişaf etdirilməsi, ortaq təşəbbüslərin reallaşdırılması, eləcə də gənclərin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş proqramların icrası nəzərdə tutulur.

Eyni zamanda, sənədlər ali təhsil müəssisələri ilə sosial tərəfdaş qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və yaradıcı sənaye sahəsində yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına xidmət edir.

Açılış günü proqramına uyğun olaraq qonaq universitetlərin tələbələrinin işlərindən ibarət sərgilər təşkil olunub. Bu sərgilər ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və gənc dizaynerlərin yaradıcılıq potensialının nümayiş etdirilməsi məqsədi daşıyıb. Bununla yanaşı, universitet-sənaye əməkdaşlığı istiqamətində səmərəli görüşlər və mühüm müzakirələr aparılıb.
 
Tədbir çərçivəsində bir sıra tərəfdaş universitetlərlə əməkdaşlıq memorandumları da imzalanıb. Bu sənədlər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, beynəlxalq sərgilərin təşkili və tələbələr üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. Sözügedən təşəbbüslər AzMİU-nun qlobal dizayn təhsili şəbəkəsində mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. 

Qeyd olunub ki, “Dizayn həftəsi” bu il xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbir Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsinə təsadüf edir. Bu baxımdan platforma gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların müasir dizayn düşüncəsi və dayanıqlı şəhər mühiti anlayışları ilə tanış edilməsi baxımından mühüm rol oynayır.

Mehriban İbadova

Xəbər Lenti

BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar29.04.2026 - 17:55
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40
Akif Nəsirli: “Xarici tələbələrin təsiri strateji yanaşma tələb edir”29.04.2026 - 16:38
AzTU-da "SciVal" platforması üzrə təlim keçirilib29.04.2026 - 16:35
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq29.04.2026 - 16:35
Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub29.04.2026 - 16:25
Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu29.04.2026 - 16:15
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri açıqlandı29.04.2026 - 16:05
“Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib29.04.2026 - 15:50
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib29.04.2026 - 15:40
ADNSU tələbəsi beynəlxalq turnirdə qızıl medal qazandı29.04.2026 - 15:30
AzTU-da Səməd Vurğunun yubileyinə həsr olunan tədbir keçirilib29.04.2026 - 15:20
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 15:10
Prezident İlham Əliyev sertifikatlaşdırma ilə bağlı dəyişiklikləri təsdiqlədi29.04.2026 - 15:00
Sinifdə liderlik edən şagirdlərin digərlərinə təsiri nədir? - Şərafət Şirinli29.04.2026 - 15:00
Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı29.04.2026 - 14:50
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq29.04.2026 - 14:45
Belqradda Azərbaycanın təşəbbüsü ilə şahmat pavilyonu açılıb29.04.2026 - 14:30
Səid Rüstəmov adına orkestr WUF13 çərçivəsində konsert verəcək29.04.2026 - 14:20
“Ağ vərəq” qısametrajlı filmi yazıçının yaradıcılıq sarsıntılarını ekrana gətirir29.04.2026 - 14:10
Gələcək dizaynerlərin yaradıcılıq platforması – “Dizayn həftəsi”nin rəsmi açılış mərasimi olub29.04.2026 - 14:00
Ankara Universitetinin dekanı Dilçilik İnstitutunda qonaq olub29.04.2026 - 13:45