Təhsil 365 - Logo Mobile

AzTU-da "SciVal" platforması üzrə təlim keçirilib

9629.04.2026 - 16:35
AzTU-da "SciVal" platforması üzrə təlim keçirilib

“Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu və şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi Saida Sak Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

“Tehsil365“ xəbər verir ki,bu barədə AzTU-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı professor-müəllim heyətinin və tədqiqatçılarının elmi fəaliyyətinin qiymətləndirilməsi və analitik təhlili üçün nəzərdə tutulmuş SciVal platformasının imkanları barədə müzakirə aparılıb.

Qeyd olunub ki, bu platforma “Scopus” məlumat bazasına əsaslanaraq elmi fəaliyyətin müxtəlif aspektlər üzrə dərin təhlilinə imkan yaradır. Bu mənada professor-müəllim heyətinin, tədqiqatçıların "SciVal" platformasının funksional imkanları barədə bilik və bacarıqlarının artırılması məqsədəuyğundur.

Görüşdən sonra Saida Sak AzTU-nun professor-müəllim heyəti üçün "SciVal" platformasından istifadə ilə bağlı təlim keçib.

Təlimdə platformanın əsas modulları, tədqiqat məhsuldarlığının və sitat göstəricilərinin təhlili üsulları, müəllif təşkilat və ölkə səviyyəsində müqayisəli analiz imkanları, eləcə də beynəlxalq elmi əməkdaşlıq göstəricilərinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin platformadan istifadə qaydaları praktiki nümunələr əsasında nümayiş etdirilib, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Belə təlimlərin təşkili AzTU-da elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, müasir analitik alətlərin tətbiqinin genişləndirilməsi və tədqiqat nəticələrinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mehriban İbadova

Xəbər Lenti

BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar29.04.2026 - 17:55
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40
Akif Nəsirli: “Xarici tələbələrin təsiri strateji yanaşma tələb edir”29.04.2026 - 16:38
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq29.04.2026 - 16:35
Özbəkistan Milli Universitetinin professoru AzTU-da olub29.04.2026 - 16:25
Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu29.04.2026 - 16:15
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri açıqlandı29.04.2026 - 16:05
Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma29.04.2026 - 15:59
“Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib29.04.2026 - 15:50
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib29.04.2026 - 15:40
ADNSU tələbəsi beynəlxalq turnirdə qızıl medal qazandı29.04.2026 - 15:30
AzTU-da Səməd Vurğunun yubileyinə həsr olunan tədbir keçirilib29.04.2026 - 15:20
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 15:10
Prezident İlham Əliyev sertifikatlaşdırma ilə bağlı dəyişiklikləri təsdiqlədi29.04.2026 - 15:00
Sinifdə liderlik edən şagirdlərin digərlərinə təsiri nədir? - Şərafət Şirinli29.04.2026 - 15:00
Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı29.04.2026 - 14:50
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq29.04.2026 - 14:45
Belqradda Azərbaycanın təşəbbüsü ilə şahmat pavilyonu açılıb29.04.2026 - 14:30
Səid Rüstəmov adına orkestr WUF13 çərçivəsində konsert verəcək29.04.2026 - 14:20
“Ağ vərəq” qısametrajlı filmi yazıçının yaradıcılıq sarsıntılarını ekrana gətirir29.04.2026 - 14:10
Gələcək dizaynerlərin yaradıcılıq platforması – “Dizayn həftəsi”nin rəsmi açılış mərasimi olub29.04.2026 - 14:00
Ankara Universitetinin dekanı Dilçilik İnstitutunda qonaq olub29.04.2026 - 13:45