Təhsil 365 - Logo Mobile

Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar

9829.04.2026 - 17:55
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi robototexnika və proqramlaşdırma istiqamətli beynəlxalq yarışlara hazırlaşır. 

“Tehsil365“
Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Mərkəzin direktoru Şaban Cərçiyev bildirib ki, hazırda mərkəzdə 9 müəllimin rəhbərliyi ilə 47 tələbə qazanacaqları beynəlxalq uğura köklənib. Onlardan 38 tələbə Hindistan,Yaponiya və Çində keçiriləcək yarışın ölkə üzrə final mərhəlsinə vəsiqə qazanıb: “Həmin yarışlardan biri “Robotların qaydasız döyüşü”dür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və AREA-nın təşkilatçılığı ilə keçirilən yarışda mərkəzi təmsil edəcək komandada 5 tələbə, 1 müəllim yer alıb. Tələbələrimizin “ANVILION”  adlandırdıqları komanda qalib olarsa, yarışın Hindistanda keçiriləcək final mərhələsində də iştirak edəcəyik. Qeyd edim ki, son iki il ərzində bu yarışın qalibi məhz Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası olur”.

“Azerbaijan International Robotics Olympiad 2026” çərçivəsində təşkil olunan “Mini Sumo” yarışında isə mərkəzi 2 komanda -  “İnnovation Sumo” və “Industrial Sumo” komandaları təmsil edəcək. Yarış “AzeRobot” və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir: “Yarışda ümumilikdə 9 tələbə və 2 müəllim iştirak edəcək. Yarışın qalibləri Yaponiyada keçiriləcək beynəlxalq mərhələdə ölkəmizi təmsil etmək hüququ əldə edəcəklər”.

Mərkəzin daha bir komandası “RoboChallenge Azerbaijan 2026” yarışına hazırlaşır: “Bu yarışda mərkəzimiz daha geniş heyətlə təmsil olunacaq. Gənclər və İdman Nazirliyi və “Azercell”in təşkilatçılığı ilə ölkədə ilk dəfə keçirilən bu yarışda mərkəzimizi 25 tələbə və 6 müəllim təmsil edəcək.  Onlar bu yarışa “Python”, “Proqramlaşdırma” və “Mini Sumo” kateqoriyaları üzrə iştirak edəcəklər. Bu yarışın ölkə finalında uğur qazananlar Çində keçiriləcək beynəlxalq yarışda Azərbaycan adından çıxış edəcəklər”.

“WorldSkills Shanghai 2026” yarışına isə 9 tələbə üç istiqamət üzrə - elektronika, qaynaq və avtomobil texnologiyaları sahələrində hazırlaşır: “Bu hazırlıq prosesi iştirakçıların peşəkar ustalığının artırılması, beynəlxalq standartlara uyğun bacarıqların formalaşdırılması və Azərbaycanın peşə təhsili potensialının qlobal platformada nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Şaban Cəərçiyevin fikrincə, beynəlxalq yarışlara hazırlıq İKT istiqaməti üzrə təhsil alan tələbələrin peşə biliklərinin dərinləşdirilməsində mühüm əhəmiyyət daşıyır: “Belə yarışlar yalnız tələbələrin texniki və praktiki səriştələrinin inkişafına deyil, eyni zamanda komandada çalışma, problem həlli, sürətli qərarvermə və innovativ düşünmə bacarıqlarının formalaşmasına da ciddi töhfə verir. Bununla yanaşı, bu istiqamətdə əldə olunan nəticələr peşə təhsilinin ictimai nüfuzunun artırılması, gənclərin texnologiya sahələrinə marağının gücləndirilməsi və mərkəzimizin innovasiya ekosistemindəki rolunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Mehriban İbadova

Xəbər Lenti

Naxçıvan məktəblisi beynəlxalq olimpiadaya vəsiqə qazanıb29.04.2026 - 19:56
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM29.04.2026 - 19:48
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq 29.04.2026 - 19:44
Mayda müəllimlər sertifikasiyadan keçəcək - fənlər və tarixlər29.04.2026 - 19:36
Mayda temperatur 32 dərəcəyədək yüksələcək29.04.2026 - 19:28
AzMİU-da “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib29.04.2026 - 19:24
DİM-də TOEFL iBT imtahanı keçirilib29.04.2026 - 19:18
Şirvan Peşə Liseyinə yeni təyinat olub29.04.2026 - 19:14
Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”29.04.2026 - 19:08
Məktəblərdə rəqəmsal texnologiyaların tətbiqi hansı səviyyədədir? – Təhsil eksperti açıqladı29.04.2026 - 19:02
Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR29.04.2026 - 19:00
Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa29.04.2026 - 18:54
Londonda təhsil alan azərbaycanlı: Hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir29.04.2026 - 18:50
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı29.04.2026 - 18:46
Xalq artisti Yusif Qasımov: Dünyada Azərbaycan rəqsinə böyük maraq var29.04.2026 - 18:40
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı olub29.04.2026 - 18:38
Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi İstanbulda qeyd edilib29.04.2026 - 18:32
AMEA-da türkiyəli mütəxəssislərin iştirakı ilə arxeologiya üzrə treninqlərə başlanılıb29.04.2026 - 18:20
“Sufi fenomenologiya” — Prezident Kitabxanasında Şərq təfəkkürü ilə Qərb fəlsəfəsinin elmi görüşü29.04.2026 - 18:16
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub29.04.2026 - 18:10
Anar və Bruno Şults yaradıcılığında “Atalıq fiquru”: müqayisəli təhlil29.04.2026 - 18:09
BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40