Təhsil 365 - Logo Mobile

Xalq artisti Yusif Qasımov: Dünyada Azərbaycan rəqsinə böyük maraq var

8029.04.2026 - 18:40
Xalq artisti Yusif Qasımov: Dünyada Azərbaycan rəqsinə böyük maraq var

Azərbaycan rəqs sənəti zəngin ənənələri və peşəkar məktəbi sayəsində beynəlxalq aləmdə uğurla tanınır. Ölkəmizi xaricdə layiqincə təmsil edə bilən ifaçıların yetişdirilməsində Bakı Xoreoqrafiya Akademiyası mühüm rol oynayır.

29 Aprel - Beynəlxalq Rəqs Günü münasibətilə “Tehsil365” Xalq artisti Yusif QasımovunAZƏRTAC-a açıqlamasını təqdim edir.

Xalq artisti bildirib ki, artıq 35 ildir akademiyada çalışır və bu müddətdə tələbələri ilə birlikdə Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil edib. Xüsusilə, 2000-ci ildən 2019-cu ilədək akademiyanın tələbələri Kanada, ABŞ və Avropanın təxminən 20 ölkəsində çıxış ediblər.

“Tələbələr burada çox ciddi hazırlıq keçirlər. Onların inkişafında və peşəkar kimi formalaşmasında müəllimlərin, eləcə də bu prosesi daim nəzarətdə saxlayan rəhbərliyin böyük əməyi var”, – deyə həmsöhbətimiz vurğulayıb.

O qeyd edib ki, beynəlxalq müsabiqələrdə qazanılan nəticələr tələbələrin hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.

“16 beynəlxalq müsabiqənin 14-də birinci yeri qazanmışıq, ikisində isə Qran-Priyə layiq görülmüşük. Bu da sübut edir ki, tələbələrimiz müsabiqə və festivallarda ölkəmizi dünya səviyyəsində uğurla təmsil etməyə qadirdirlər”, – deyə Xalq artisti bildirib.

Yusif Qasımov qeyd edib ki, ölkənin aparıcı kollektivlərinin əsasını akademiya məzunları təşkil edir. Onun sözlərinə görə, Dövlət Rəqs Ansamblının heyətinin təxminən 95 faizi, Dövlət Mahnı və Rəqs Ansamblının isə 90 faizə yaxını bu təhsil ocağının məzunlarıdır. Onların arasında fəxri adlara layiq görülən sənətçilər də var.

“Bu gün burada hər kəs Bakı Xoreoqrafiya Akademiyasının dünya miqyasında tanınması üçün bütün gücü ilə çalışır”, – deyə o əlavə edib.

Tədris prosesinin inkişafından danışan Xalq artisti bildirib ki, əvvəlki illərdə akademiyada xarici tələbələr də oxuyurdu və onlar üçün yataqxana ayrılmışdı. Hazırda əsas diqqət yerli kadrların – regionlardan və Bakıdan olan tələbələrin hazırlanmasına yönəlib: “Bizim üçün Azərbaycan milli rəqsinin inkişafı daha vacibdir. Buna görə də əsasən yerli tələbələri cəlb etməyə çalışırıq ki, gələcəkdə onları beynəlxalq səhnəyə çıxaraq”.

O bildirib ki, akademiyanın tələbələri Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konsertlərdə, festivallarda və müsabiqələrdə mütəmadi iştirak edirlər. Onun sözlərinə görə, hazırladığı yetirmələrin müstəqil şəkildə beynəlxalq yarışlara qatılaraq yüksək nəticələr əldə etdiyi hallar da olub.

“Bir dəfə tələbələrim Belarusda keçirilən müsabiqəyə getmişdilər. Mənə xəbər verdilər ki, onlar Qran-Pri və birinci yer qazanıblar. Bu, şübhəsiz, bizim ümumi əməyimizin nəticəsidir”, – deyə o bildirib.

Həmsöhbətimiz xaricdə Azərbaycan rəqsinə göstərilən maraqdan da danışıb. O qeyd edib ki, xarici tamaşaçılar bu sənətə böyük rəğbət bəsləyirlər.

“Fransanın Bordo şəhərində keçirilən böyük müsabiqədə çıxış etmişik. Tədbirdə minə yaxın tamaşaçı var idi. Konsertdən sonra onların çoxu bizə yaxınlaşaraq heyran qaldıqlarını bildirir, rəqslərin gözəlliyini və musiqini yüksək qiymətləndirir, mütləq Azərbaycana gələcəklərini söyləyirdilər”, – deyə o xatırlayıb.

Y.Qasımov əlavə edib ki, oxşar maraq Şimali Amerikada da müşahidə olunub. Belə ki, 2000-ci ildə kollektiv 45 gün Kanada və ABŞ-da qastrol səfərində olub. Kanadada Toronto, Monreal və digər şəhərlərdə çıxışlar və müsabiqələr keçirilib. Həmin tədbirlərdə iştirak edən 24 ölkənin nümayəndələri də Azərbaycan rəqs sənətinə böyük maraq göstəriblər: “Çıxışlardan sonra başqa ölkələrdən olan iştirakçılar tələbələrimizə yaxınlaşaraq onlardan rəqsin bəzi elementlərini öyrətməyi xahiş edirdilər. Maraq həqiqətən çox böyük idi”.

Sonda Xalq artisti vurğulayıb ki, Azərbaycan milli rəqsinin zənginliyi və müxtəlifliyi onu ayrı-ayrı musiqi əsərləri ilə ahəngdar şəkildə birləşdirməyə imkan verir: “Biz rəqs hazırlayanda əvvəlcə musiqini seçirik, sonra ona uyğun hərəkətləri qururuq. Rəqs elementlərimiz o qədər çoxşaxəlidir ki, demək olar, istənilən melodiyaya uyğunlaşdırmaq mümkündür. Elə buna görə də, xaricdə bu cür böyük maraq doğurur”.

Y.Qasımov qeyd edib ki, akademiya bundan sonra da Azərbaycanı beynəlxalq səhnədə layiqincə təmsil edə biləcək ifaçıların hazırlanması istiqamətində səylərini davam etdirəcək.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Naxçıvan məktəblisi beynəlxalq olimpiadaya vəsiqə qazanıb29.04.2026 - 19:56
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM29.04.2026 - 19:48
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq 29.04.2026 - 19:44
Mayda müəllimlər sertifikasiyadan keçəcək - fənlər və tarixlər29.04.2026 - 19:36
Mayda temperatur 32 dərəcəyədək yüksələcək29.04.2026 - 19:28
AzMİU-da “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib29.04.2026 - 19:24
DİM-də TOEFL iBT imtahanı keçirilib29.04.2026 - 19:18
Şirvan Peşə Liseyinə yeni təyinat olub29.04.2026 - 19:14
Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”29.04.2026 - 19:08
Məktəblərdə rəqəmsal texnologiyaların tətbiqi hansı səviyyədədir? – Təhsil eksperti açıqladı29.04.2026 - 19:02
Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR29.04.2026 - 19:00
Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa29.04.2026 - 18:54
Londonda təhsil alan azərbaycanlı: Hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir29.04.2026 - 18:50
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı29.04.2026 - 18:46
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı olub29.04.2026 - 18:38
Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi İstanbulda qeyd edilib29.04.2026 - 18:32
AMEA-da türkiyəli mütəxəssislərin iştirakı ilə arxeologiya üzrə treninqlərə başlanılıb29.04.2026 - 18:20
“Sufi fenomenologiya” — Prezident Kitabxanasında Şərq təfəkkürü ilə Qərb fəlsəfəsinin elmi görüşü29.04.2026 - 18:16
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub29.04.2026 - 18:10
Anar və Bruno Şults yaradıcılığında “Atalıq fiquru”: müqayisəli təhlil29.04.2026 - 18:09
BMU-da “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim29.04.2026 - 18:03
Tibbdə inqilab: insultla mübarizədə 40% azalma təmin edən yenilik29.04.2026 - 18:00
Bakıdan dünyaya - Tələbələr robotları ilə beynəlxalq arenaya çıxırlar29.04.2026 - 17:55
Orta əsrlər Azərbaycan şəhərsalması yüksək inkişaf səviyyəsi ilə səciyyələnir29.04.2026 - 17:54
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib29.04.2026 - 17:50
Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü29.04.2026 - 17:46
Peşə təhsili müəssisələrində qısamüddətli təlimlərə start verilib29.04.2026 - 17:45
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO29.04.2026 - 17:41
"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi29.04.2026 - 17:40
BDU-da “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat29.04.2026 - 17:38
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib29.04.2026 - 17:35
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində29.04.2026 - 17:34
Şagirdlərin sosial mediadan istifadəsinə məhdudiyyət: İndoneziyada yeni qaydalar29.04.2026 - 17:30
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir29.04.2026 - 17:26
Uşaq evində böyüyən şagirdlər üçün təlim keçirilib29.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin daha iki şagirdi respublika fənn olimpiadalarının qalibidir29.04.2026 - 17:18
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib29.04.2026 - 17:15
Albaniya universitetləri ilə əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrini genişləndirəcək29.04.2026 - 17:14
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır29.04.2026 - 17:10
ADPU tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında Avrasiya çempionu olublar29.04.2026 - 17:06
30 minə yaxın məzun Azərbaycan dilindən imtahan verəcək29.04.2026 - 17:05
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək29.04.2026 - 17:00
NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır29.04.2026 - 16:59
1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu29.04.2026 - 16:55
May ayının bəzi günləri Bakıda 32 dərəcə isti olacaq - AYLIQ PROQNOZ29.04.2026 - 16:50
Qəbul imtahanına qeydiyyat bu gün başa çatır29.04.2026 - 16:45
Yaşa görə gündəlik su norması nə qədərdir?29.04.2026 - 16:40