Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Ramiz Qəmbərov vətənin müdafiəsi uğrunda göstərdiyi igidliklə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, 1962-ci il iyunun 2-də Şuşada anadan olan Ramiz Qəmbərov Birinci Qarabağ müharibəsi dövründə fəal iştirak edib. O, Şuşa özünümüdafiə batalyonunun komandiri kimi şəhərin müdafiəsində mühüm rol oynayıb və döyüş yoldaşları arasında böyük hörmət qazanıb.
1992-ci il aprelin 30-da Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olan Ramiz Qəmbərov göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında daim yaşayır və gənc nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalır.

