1937-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu operası” operasının premyerası keçirildi.
“Tehsil365” xəbər verir ki, Bu əsər Azərbaycan milli musiqisinin inkişafında dönüş nöqtələrindən biri hesab olunur. “Koroğlu” operası xalq qəhrəmanlıq dastanına əsaslanaraq yaradılmış və həm musiqi, həm də dramaturji baxımdan yüksək sənət nümunəsi kimi qəbul edilmişdir.
Premyera tamaşası böyük maraqla qarşılanmış, Azərbaycan opera sənətinin formalaşmasına və beynəlxalq səviyyədə tanınmasına mühüm təsir göstərmişdir. Bu hadisə ölkənin mədəni həyatında əlamətdar mərhələ kimi tarixə düşmüşdür.

