1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Kəlbəcər rayonu ilə bağlı mühüm sənəd — 822 saylı qətnamə qəbul edilib.
“Tehsil365” xəbər verir ki, Qətnamədə Kəlbəcər rayonu ərazisində gedən hərbi əməliyyatların dərhal dayandırılması və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunub. Sənəddə həmçinin regionda gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Bu qətnamə Birinci Qarabağ müharibəsi dövründə qəbul edilən əsas beynəlxalq sənədlərdən biri kimi qiymətləndirilir və münaqişənin hüquqi-siyasi çərçivəsinin formalaşmasında mühüm rol oynayıb.

