2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası binasında baş verən silahlı hücum ölkə tarixində ən ağır faciələrdən biri kimi yadda qalıb.
“Tehsil365” xəbər verir ki, Hadisə zamanı silahlı şəxs akademiyanın binasına daxil olaraq atəş açıb. Nəticədə çoxsaylı insan həyatını itirib, yaralananlar olub. Hücum cəmiyyətdə böyük sarsıntı yaradıb və təhlükəsizlik məsələlərinin daha da aktuallaşmasına səbəb olub.
Bu terror aktı Azərbaycan ictimaiyyətində dərin iz buraxıb və hadisə qurbanlarının xatirəsi hər il ehtiramla yad edilir.

