1996-cı ildə Azərbaycan Respublikası ilə Andorra arasında rəsmi diplomatik əlaqələr qurulub.
“Tehsil365” xəbər verir ki, Bu addım Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi və Avropa ölkələri ilə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm hadisə hesab olunur. Diplomatik əlaqələrin qurulması iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Bu qərar Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi xarici siyasət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

