Aprelin 25-də Azərbaycan Dillər Universitetinin (ADU) İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının müəllimləri f.f.d b/m Türkan Mirzəzadə, f.f.d b/m Zülfiyyə Əlibəyova, f.f.d dos.ə Leyla Qocayeva ASAN innovativ inkişaf mərkəzinin təşkil etdiyi "Müəllimlər üçün süni intellekt" adlı təlimində iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, üç saat davam edən təlim çərçivəsində müəllimlər süni intellekt alətlərinin dərs prosesində tətbiqi, elmi araşdırmalarda istifadəsi və məqalə yazımı zamanı effektiv yararlanma yollarını praktiki şəkildə mənimsəyiblər.
Təlim proqramı çərçivəsində eyni zamanda süni intellektin əsas prinsipləri, mətnlərin redaktəsi, istinad qaydaları və etik məsələlər də müzakirə olunub.

