Təhsil 365 - Logo Mobile

Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb

7230.04.2026 - 17:18
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb

Mart–aprel aylarında intensiv və təkrarlanan yağıntılar nəticəsində Bakı şəhərində genişmiqyaslı daşqın və subasma hadisələri baş verib. Bu proses xüsusilə aşağırelyefli və drenaj sistemi zəif olan rayonlarda daha kəskin müşahidə olunub.

Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib.

Onun sözlərinə görə, ən çox zərər çəkən rayonlardan biri Binəqədi rayonu olub. Burada səthi axının sürətlə artması nəticəsində küçələr və yaşayış massivləri su altında qalıb, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Sulutəpə və Binəqədi qəsəbələrində subasma hadisələri təkrarlanan xarakter daşıyıb.

Xəzər rayonu da daşqın və subasmanın intensiv müşahidə olunduğu ərazilər sırasındadır. Şüvəlan, Buzovna və Mərdəkan qəsəbələrində sahilyanı yerləşmə və zəif drenaj səbəbindən suyun uzun müddət qalması müşahidə edilib. Bu ərazilərdə fərdi yaşayış evləri və həyətlər ciddi zərər görüb.

Sabunçu rayonunda (Zabrat, Maştağa, Balaxanı) daşqın və subasma daha çox lokal xarakter daşısa da, geniş sahələrdə təkrarlanıb. Bu rayonlarda əsas problem suyun qeyri-bərabər paylanması və bəzi ərazilərdə yığılması olub.

Suraxanı rayonunda (Əmircan, Bülbülə, Qaraçuxur) subasma əsasən köhnə kanalizasiya sistemlərinin yüklənməsi nəticəsində baş verib. Bu ərazilərdə küçələrdə suyun uzun müddət qalması müşahidə olunub

Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində isə çökək relyef səbəbindən suyun toplanması maksimum səviyyəyə çatıb, magistral yollar belə su altında qalıb.

Ümumilikdə, ölkə üzrə məlumatlara görə, bu hadisələr nəticəsində yüzlərlə insan evlərini tərk etməyə məcbur olub, yalnız Bakı daxilində isə onlarla insanın təxliyəsi həyata keçirilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59
Rezidenturada oxumaq üçün 1702 nəfər imtahan verəcək30.04.2026 - 16:55
Qarabağ Universitetinin müəllimi Rumıniyada tədqiqat aparır30.04.2026 - 16:45
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında 8 medal qazanıblar30.04.2026 - 16:35
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub30.04.2026 - 16:25
Sumqayıt məktəblisi RFO-nun dördqat qızıl medalçısı oldu30.04.2026 - 16:15
Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə iclasda iştirak edib30.04.2026 - 16:05
“TəhsilPlus” kartları Bakı və regionlar üzrə mərhələli paylanacaq – TİF 30.04.2026 - 15:59
AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir30.04.2026 - 15:50
Uşaqların I sinfə qəbulu başlayır30.04.2026 - 15:40
Qəbələdə Türkoloji Qurultayın 100 illiyi qeyd olunub30.04.2026 - 15:30