Təhsil 365 - Logo Mobile

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub

7230.04.2026 - 17:26
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı olub.

BDU-dan “Tehsil365"ə bildirilib ki, layihənin üçüncü dərsi “Ənənəvi jurnalistikanın müasir üslubda cilalanması” mövzusunda keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev layihənin Nəsir İmanquliyev irsi və ənənələrinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə etdiyini, gənc jurnalistlərin buna maraqla yanaşdığını deyib: “Ustad müəllimlərin yolunu davam etdirən peşəkar jurnalistlərlə görüşlər tələbələrimiz üçün ən yaxşı təcrübədir”.

Elçin Şıxlı çıxışında ölkə və beynəlxalq media resurslarında informasiya kirliliyi ilə bağlı rast gəlinən faktlar barədə danışıb, belə situasiyada dezinformasiyanın bir virus kimi yayıldığını qeyd edib: “Məhz bütün bunlara görə jurnalistika çox məsuliyyətli peşədir. Bu gün bir çox həmkarlar operativliyi dəqiqliyə qurban verirlər. Amma mətbuatda dəqiqlik peşəkarlığın əsas açarı sayılır”.

Hazırda vətəndaş jurnalistikasının genişləndiyindən söz açan Əməkdar jurnalist bunun mediaya ziyan vurduğunu, nüfuzunu aşağı saldığını deyib: “Jurnalistika peşədir və onunla peşəkarlar məşğul olmalıdır. Jurnalistikanı IV hakimiyyət adlandırırıqsa, burada materiallar etik dəyər və prinsiplərə əməl olunaraq hazırlanmalıdır”.

Müasir media resurslarının ənənəvi çap mediasını üstələdiyindən də söz açan Elçin Şıxlı bunun mənfi və müsbət nəticələrinə toxunub. Qeyd edib ki, bu gün onlayn media platformalarında baş verən kiberhücum faktları və ya server problemləri illərlə yığılan məlumat bazalarını saniyələr içində yox edir. Bu baxımdan ənənəvi media üstünlüyünü qoruyur: “Jurnalistin yaradıcılıq məhsulu kağız resurslarda daha yaxşı qorunur. Amma müasirlikdən də geri qalmamalıyıq”.

Sonra tələbələrin sualları cavablandırılıb.

Sonda Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin davamında gözlənilən görüşlər barəsində məlumat verib və tələbələri prosesdə fəal olmağa çağırıb.

Qeyd edək ki, layihə mayın sonunadək davam edəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59
Rezidenturada oxumaq üçün 1702 nəfər imtahan verəcək30.04.2026 - 16:55
Qarabağ Universitetinin müəllimi Rumıniyada tədqiqat aparır30.04.2026 - 16:45
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında 8 medal qazanıblar30.04.2026 - 16:35
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub30.04.2026 - 16:25
Sumqayıt məktəblisi RFO-nun dördqat qızıl medalçısı oldu30.04.2026 - 16:15
Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə iclasda iştirak edib30.04.2026 - 16:05
“TəhsilPlus” kartları Bakı və regionlar üzrə mərhələli paylanacaq – TİF 30.04.2026 - 15:59
AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir30.04.2026 - 15:50
Uşaqların I sinfə qəbulu başlayır30.04.2026 - 15:40
Qəbələdə Türkoloji Qurultayın 100 illiyi qeyd olunub30.04.2026 - 15:30