Təhsil 365 - Logo Mobile

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib

10530.04.2026 - 15:10
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib

Aprelin 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gülüstan sarayında “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib.

“Tehsil365“ xəbər verir ki, tədbirdən öncə Fəxri xiyaban ziyarət edilib, Ümummilli lider Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb.

Tədbir uşaqların canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzu edib.

O, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin təsisindən 28 il, onun əsasında Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bu tarixlər müstəqil və müasir dövlət quruculuğu çərçivəsində institusional inkişafımızla yanaşı, həm də dövlətimizin sosial siyasətində insan amilinə verilən  dəyəri ifadə edir.

B.Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində  insan kapitalına  yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Bu kursun mərkəzində insan amili dayanır və bu yanaşma dövlət siyasətinin bütün istiqamətlərində öz əksini tapır.

Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələrin ailə, qadın və uşaq siyasətinə əlavə məzmun qazandıraraq onun humanist, inklüziv və cəmiyyət yönümlü xarakterini daha da gücləndirdiyini qeyd edib.

Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən B. Muradova diqqətə çatdırıb ki, son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılmış, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə genişləndirilmiş, institusional mexanizmlər gücləndirilmiş və bu siyasət real sosial nəticələrlə müşayiət olunmuşdur. Qəbul edilən qanunvericilik aktları gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və onların zərərli informasiyadan qorunması istiqamətində mühüm hüquqi zəmin yaratmışdır.

Maarifləndirici təlimlərə diqqətə çəkən B. Muradova  qeyd edib ki, ailə dəyərlərinin təşviqi istiqamətində reallaşdırılan layihələr çərçivəsində minlərlə təlim, görüş və tədbirlər keçirilmiş, yüz minlərlə vətəndaş bu təşəbbüslərdən faydalanmışdır. İqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlər nəticəsində qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Hüquqların qorunması, sosial rifahın yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar artıq cəmiyyət həyatının  fəal və təşəbbüskar üzvlərinə çevrilmişdir:

Komitə rəsmisi müasir dövrdə qarşıda duran çağırışların kifayət qədər ciddi və çoxşaxəli olduğunu vurğulayaraq, qeyd edib ki, rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə yeni tələblər irəli sürür. Bu baxımdan preventiv yanaşmanın gücləndirilməsi, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması, sosial həssas qrupların müdafiəsinin genişləndirilməsi və regionlarda imkanların artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyən edilmişdir.

B. Muradova çıxışının sonunda vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub.

O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, ölkəmiz insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları sahəsində mühüm beynəlxalq konvensiyalara qoşulmuş, bu istiqamətdə əsas qanunvericilik bazası formalaşdırılmışdır.

S. Əliyeva qeyd edib ki, həyata keçirilən tədbirlər, habelə respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Ombudsman çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində gördüyü işlərə də toxunub. O bildirib ki, yoxsulluğun azaldılması, təhsilin inkişafı, gender bərabərliyinin təmin edilməsi və ətraf mühitin qorunması sahəsində görülən tədbirlər mühüm nəticələr verib.

S. Əliyeva vurğulayıb ki, son illərdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində Ombudsmana bərabərlik hüququnun təmini, habelə əlilliyi olan şəxslərin, uşaqların hüquqlarının müdafiəsi sahəsində yeni səlahiyyətlərin verilməsi və təsisatda müvafiq struktur bölmələrin yaradılması beynəlxalq öhdəliklərin, müvafiq təşkilatların tövsiyələrinin icrası və qeyd olunan sahələrə töhfənin verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər. Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir.

O qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür; birinci istiqamət təlim və nəticələrdir. Bunları imtahan vasitəsilə ölçmək daha asandır, ikinci istiqamət isə uşağın tərbiyəsidir ki, bu daha mürəkkəbdir və ölçülməsi çətindir. O vurğulayıb ki, Azərbaycan məktəblərində bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması yüksək nəticələrə gətirib çıxara bilər.

Nazir qeyd edib ki, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır, evdə kitabların olması, valideynlərin kitaba münasibəti, uşağın tədris prosesi ilə maraqlanması və problemlərlə bağlı müzakirələrin aparılması valideynin əsas öhdəliklərindəndir və bu addımlar uşağın inkişafına və təlim-tərbiyəsinə ciddi təsir edir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər.

O həmçinin vurğulayıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.

O vurğulayıb ki, Nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlər arasında qadınların məşğulluq imkanlarının genişləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərəəlçatanlığının təmin olunması əsas prioritetlər sırasındadır. Son illərdə ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təşviqi və uşaqların müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qanunvericilik və institusional islahatlar aparılmışdır.

Nazir qeyd edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir.

A. Əliyev son statistik məlumatlara diqqət çəkərək qeyd edib ki, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib. O qeyd edib ki, qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artır.

Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir.

Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara”  filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub.

Konfrans panel müzakirələrlə davam edib.

Mehriban İbadova

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59