Təhsil 365 - Logo Mobile

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

7230.04.2026 - 18:02
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

Bakı Dövlət Universitetində (BDU) “Elsevier” şirkətinin təşkilatçılığı ilə keçirilən silsilə təlimlər çərçivəsində ikinci sessiya keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

“Elsevier”in meneceri Saide Sak tərəfindən aparılan təlimdə əsas diqqət elmi jurnalların düzgün seçimi və tədqiqat fəaliyyətinin performans analizinə yönəlib. Tədbirdə universitetin professor-müəllim heyəti, tədqiqatçılar və doktorantlar iştirak edərək, nəşr strategiyalarının təkmilləşdirilməsi və qlobal elmi təsirin daha dərindən anlaşılması istiqamətində biliklər əldə ediblər.

Sessiya zamanı elmi məqalələrin daha geniş təsir qazanması üçün uyğun jurnal seçiminin əhəmiyyəti vurğulanıb. İştirakçılara jurnalın əhatə dairəsi, indeksləşməsi, təsir göstəriciləri, hədəf auditoriyası və nəşr etikası kimi əsas meyarlar ətraflı izah olunub. Eyni zamanda, “yırtıcı” (predatory) jurnallardan yayınma yolları və məqalələrin uyğun nəşr platformalarına yönləndirilməsi ilə bağlı praktik tövsiyələr təqdim edilib.

Təlimin mühüm hissəsi “Elsevier”in aparıcı elmi analitika alətləri olan “Scopus” və “SciVal” platformalarının imkanlarına həsr olunub. Qeyd edilib ki, “Scopus” çoxşaxəli elmi sahələri əhatə edən geniş xülasə və sitat bazası kimi tədqiqatçılara uyğun jurnalların tapılması, sitatların izlənməsi, h-indeks və digər göstəricilərin monitorinqi, eləcə də qlobal elmi yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. Platforma, həmçinin jurnal seçimi prosesində mənbə səviyyəli göstəricilər və indeksləşmə məlumatları təqdim edərək əsaslı qərarların qəbulunu dəstəkləyir.

“SciVal” platforması isə “Scopus” məlumatları əsasında tədqiqat fəaliyyətinin dərin analizi üçün nəzərdə tutulmuş qabaqcıl analitik alət kimi təqdim edilib. Bildirilib ki, bu platforma vasitəsilə tədqiqatçılar və elmi müəssisələr öz nəşr göstəricilərini təhlil edə, digər tədqiqatçılarla müqayisə apara, əməkdaşlıq imkanlarını müəyyənləşdirə və yeni elmi trendləri araşdıra bilirlər. “SciVal” təsir, məhsuldarlıq və qlobal mövqelənmə üzrə vizuallaşdırılmış məlumatlar təqdim edərək strateji qərarların qəbuluna da dəstək verir.

Sessiya zamanı vurğulanıb ki, düzgün jurnal seçimi strategiyalarının məlumat əsaslı analitik yanaşmalarla birləşdirilməsi tədqiqat nəticələrinin keyfiyyətini və təsir gücünü əhəmiyyətli dərəcədə artırır. İştirakçılar öz elmi fəaliyyətlərini beynəlxalq standartlarla müqayisə etməyi, yüksək təsirli əməkdaşlıq şəbəkələrini müəyyənləşdirməyi və tədqiqat istiqamətlərini qlobal prioritetlərlə uyğunlaşdırmağı öyrəniblər.

Təlim interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Bu hissədə iştirakçılar nəşr prosesində qarşılaşdıqları çətinlikləri müzakirə edib və “Elsevier” mütəxəssisi ilə birlikdə praktik həll yollarını nəzərdən keçiriblər.

Təlim növbəti günlərdə də öz işini davam etdirəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59