Təhsil 365 - Logo Mobile

Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans

7430.04.2026 - 18:16
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Politologiya və siyasi idarəetmə və İntellektual sistemlərin idarə olunması kafedralarının birgə təşkilatçılığı ilə “Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” mövzusunda ümumrespublika elmi-praktik konfrans keçirilib.

Bu barədə “Tehsil365"ə DİA-dan məlumat verilib.

Konfransın açılışında DİA-nın rektoru akademik Urxan Ələkbərov süni intellekt texnologiyalarının müasir dövlət idarəçiliyində artan rolundan bəhs edərək, rəqəmsal transformasiya proseslərinin idarəetmədə səmərəliliyin yüksəldilməsinə, şəffaflığın təmin olunmasına və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində innovativ inkişafı stimullaşdırdığını, biznes mühitinin təkmilləşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verdiyini bildiriblər. Eyni zamanda, onlar bu texnologiyaların milli təhlükəsizlik, risklərin idarə olunması və strateji qərarların qəbulunda mühüm rol oynadığını vurğulayaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi uğurlu islahatların və rəqəmsallaşma siyasətinin ölkəni regionda qabaqcıl mövqeyə yüksəltdiyini qeyd ediblər.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Elvin Əzizbəyov, professor Nigar Ələkbərova, “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin direktor müavini Soltan Bayramov, Perspektiv Siyasətin Texnologiyaları İctimai Birliyinin sədri Rufiz Qonaqov mövzu üzrə məruzələrlə çıxış ediblər. Onlar süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal hökumət modellərinin inkişafı, innovativ idarəetmə yanaşmaları, kibertəhlükəsizlik məsələləri və hüquqi tənzimləmə mexanizmləri barədə geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi yalnız texnoloji yenilik deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin transformasiyası kimi qiymətləndirilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, strateji yol xəritələri və rəqəmsallaşma təşəbbüsləri ölkənin qlobal çağırışlara adekvat cavab vermək imkanlarını genişləndirir.

Sonda konfrans iştirakçıları tərəfindən mövzu ilə bağlı təkliflər səsləndirilib, konfrans bölmə iclasları ilə davam edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59