Şairə İranə Qasımova “Poetry Battle” müəllif layihəsinin 10-cu gecəsini keçirib. Poeziya müsabiqəsinin mövzusu “Dostluq” olub.
“Tehsil365" xəbər verir ki, şair Ayxan İbrahimov müsabiqənin qalibi seçilib.
Münsiflər heyətinin üzvləri arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, şairlər Sahib Məmmədov, Səidə Sübhi, AYB-nin və Britaniya Poeziya Cəmiyyətinin üzvü Leyli Salayeva, teatr və kino aktrisası Rumiyyə Ağayeva yer alıblar.
İranə Qasımova bir neçə şeir toplusunun müəllifi və bir çox populyar poeziya layihələrinin müəllifidir. O, həm Bakıda, həm də İstanbul, Moskva, Sankt-Peterburq və Tbilisi kimi şəhərlərdə poeziya gecələri keçirir.

