Təhsil 365 - Logo Mobile

Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib

7230.04.2026 - 19:14
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib

"Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfrans çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə panel müzakirəsi təşkil olunub.

“Tehsil365" xəbər verir ki, müzakirələrdə Milli Məclisin deputatı Mübariz Qurbanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, ADA Universitetinin Təhsil fakultəsinin dekanı Ülviyyə Mikayılova, beyin inkişafı üzrə mütəxəssis, neyropsixoloq Aytəkin Aslan, Strateji Kommunikasiyalar Mərkəzinin nümayəndəsi Humay Axundzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış ediblər.

T.İbrahimova çıxışında bildirib ki, dövlət həssas qruplara yalnız "həssas yanaşma" ilə kifayətlənməməlidir:

"Xüsusi müdafiə, reabilitasiya, reinteqrasiya və erkən aşkarlanma mexanizmləri sistemli şəkildə qurulmalıdır. İnklüzivləşmə üçün ayrıca və dayanıqlı büdcə formalaşdırılması vacibdir. Uşaq hüquqlarının strateji müdafiəsinə xüsusi önəm verilməli, bu sahə ölkənin sosial-iqtisadi inkişafı baxımından kritik risk faktoru kimi qiymətləndirilməlidir. Hüquqi normaların gündəlik həyat davranışlarına çevrilməsi isə əsas hədəflərdən biri olmalıdır".

Ü.Mikayılova isə çıxışında dünya təcrübəsinə diqqət çəkib:

"Yüksək sosial-iqtisadi göstəricilərə malik valideynlərin uşaqları tədqiqatlarda, adətən, daha yaxşı nəticələr göstərir. Aztəminatlı və həssas qruplara aid ailələrin uşaqları isə məktəblərdə nisbətən daha aşağı nəticələrəldə edirlər. Dünya üzrə bəzi nümunələr göstərir ki, bu fərqləri minimuma endirmək mümkündür. Məsələn, Estoniya, Vyetnam və Çin kimi təhsil sistemlərində sosial mənşədən qaynaqlanan maneələrin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub və bütün dünya hazırda bu modelləri nümunə götürür".

A.Aslan uşaqların psixi sağlamlığı məsələsindən danışıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünya üzrə hər yeddi uşaqdan biri psixoloji problem yaşamaqdadır:

"Ailələrdə sağlam ünsiyyətin getdikcə azalması müşahidə olunur. Bu isə nüvə ailələrdə münasibətlərin qeyri-sabitliyinə gətirib çıxarır. Belə mühitdə böyüyən uşaqların psixoloji sağlamlığı ciddi təsirə məruz qalır. Neyropsixoloji tədqiqatlar göstərir ki, emosional ehtiyacları qarşılanmayan uşaqlarda özünəqapanma, diqqət pozğunluğu və aqressiv davranışlar daha çox müşahidə olunur. Əksinə, emosional ehtiyacları dəstəklənən uşaqlar stresslə daha yaxşı mübarizə aparır və özlərini daha rahat ifadə edə bilirlər. Son illərdə uşaqlarda ciddi davranış pozğunluqlarının olduğu görülür. Bunun da əsas səbəbi texnologiyalar və ailədaxili problemlərdir".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı isə çıxışında qeyd edib ki, uşaq siyasəti yalnız uşağın qorunması deyil, onun gələcək insan kapitalı kimi yetişdirilməsini nəzərdə tutmalıdır:

"Erkən uşaqlıq inkişafı, psixoloji sağlamlıq, keyfiyyətli təhsil birlikdə gələcək əmək bazarının keyfiyyətini müəyyən edir.

Azərbaycanın "Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya"sı uşaqların müdafiəsi, erkən uşaqlıq dövründə inkişafına dövlət dəstəyi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümə və uşaq siyasəti üzrə monitorinq-qiymətləndirmə sisteminin inkişafını əsas istiqamətlər kimi müəyyən edir".

Panel sessiyası müzakirələrlə davam edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59