Türkiyənin Van şəhərində baş verən hadisədə sahibsiz küçə itlərinin hücumuna məruz qalan iki uşaqdan biri həyatını itirib.
“Tehsil365"in Türkiyə mediasından əldə etdiyi məlumata görə, evlərinin həyətində oynayan 5 yaşlı Hamza Özsoy və onun 9 yaşlı əmisi oğlu A.Ö. sahibsiz itlərin hücumuna uğrayıb.
Ətrafdakıların müdaxiləsi nəticəsində uşaqlar xilas edilib və dərhal xəstəxanaya çatdırılıblar. Ağır yaralanan 5 yaşlı Hamza Özsoyun göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
9 yaşlı uşağın isə vəziyyətinin stabil və yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

