Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə qızıl medala layiq görülüb.
“Tehsil365“ xəbər verir ki,bu barədə regional idarədən məlumat verilib.
Ən maraqlısı odur ki, Davud artıq ardıcıl olaraq 4-cü dəfə riyaziyyat fənni üzrə RFO-da qızıl medala sahib çıxır.
Bu da son deyil. O, buraxılış imtahanlarında 297 bal toplayaraq Sumqayıt şəhəri üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
Davud Tarverdili eyni zamanda müxtəlif beynəlxalq olimpiadaların - 42-ci Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası və Beynəlxalq Jautikov Olimpiadasının da qalibi olub.

