Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetinin müəllimi Rumıniyada tədqiqat aparır

9730.04.2026 - 16:45
Qarabağ Universitetinin müəllimi Rumıniyada tədqiqat aparır

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Orxan Güləhmədov Elm və Texnologiyada Avropa Əməkdaşlığı proqramı (COST Action CA21126) çərçivəsində elan olunmuş “Qısamüddətli Elmi Missiya” (Short-Term Scientific Mission – STSM) səfər qrantını qazanaraq beynəlxalq elmi-tədqiqat fəaliyyətini davam etdirir.

“Tehsil365“ xəbər verir ki, 12–26 aprel 2026-cı il tarixlərində həyata keçirilən səfər çərçivəsində o, Rumıniya Respublikasının Magurele şəhərində yerləşən Milli Materiallar Fizikası İnstitutunda (National Institute of Materials Physics – NIMP) tədqiqatlar aparır. Tədqiqatlar institutun professoru Mihaela Baibarak ilə birgə “Kosmos tətbiqlərinə uyğun hibrid enerji yığımı və saxlanması üçün triboelektrik nanogeneratorlarda GO və rGO–polisiloksan nanokompozitlərinin spektroskopik tədqiqi” mövzusu üzrə həyata keçirilir.

Aparılan tədqiqatlar çərçivəsində nanokompozit materialların triboelektrik nanogeneratorların çıxış göstəricilərinə təsiri öyrənilir, onların optimallaşdırılması istiqamətində elmi yanaşmalar tətbiq olunur. Bu istiqamətdə əldə olunacaq nəticələrin enerji yığımı sistemlərinin səmərəliliyinin artırılmasına, xüsusilə kosmik və ekstremal mühitlər üçün innovativ enerji həllərinin inkişafına töhfə verəcəyi gözlənilir.

Eyni zamanda, sözügedən elmi əməkdaşlıq Qarabağ Universitetinin Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, birgə tədqiqatların və elmi nəşrlərin təşviqi, eləcə də Avropa İttifaqının maliyyələşdirdiyi beynəlxalq proqramlarda, o cümlədən “Horizon Europe” çərçivəsində iştirak imkanlarının artırılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, əməkdaşlığın ilkin nəticəsi olaraq “Performance Optimization of Polysiloxane/GO Nanocomposite-Based Triboelectric Nanogenerators with Varying GO Concentrations” adlı elmi məqalə “Fullerenes, Nanotubes and Carbon Nanostructures” jurnalında nəşr üçün qəbul edilmişdir.

Qarabağ Universiteti beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi, innovativ tədqiqat mühitinin formalaşdırılması və yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Mehriban İbadova

Xəbər Lenti

UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59
Rezidenturada oxumaq üçün 1702 nəfər imtahan verəcək30.04.2026 - 16:55
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında 8 medal qazanıblar30.04.2026 - 16:35
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılışı olub30.04.2026 - 16:25
Sumqayıt məktəblisi RFO-nun dördqat qızıl medalçısı oldu30.04.2026 - 16:15
Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə iclasda iştirak edib30.04.2026 - 16:05
“TəhsilPlus” kartları Bakı və regionlar üzrə mərhələli paylanacaq – TİF 30.04.2026 - 15:59
AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir30.04.2026 - 15:50
Uşaqların I sinfə qəbulu başlayır30.04.2026 - 15:40