Təhsil 365 - Logo Mobile

ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib

9830.04.2026 - 17:45
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vorvik Universiteti ilə birgə həyata keçirilən “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramının ilk məzun buraxılışı mərasimi keçirilib.

“Tehsil365“ xəbər verir ki,bu barədə ADNSU-dan bildirilib ki, tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye nümayəndələri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.

Mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyublar.

Tədbirin rəsmi hissəsi məzunların səhnəyə daxil olması ilə başlayıb. Daha sonra proqramın birillik fəaliyyətini əks etdirən təqdimat və icmal video nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov ikili diplom proqramlarının universitetin beynəlmiləlləşmə strategiyasında mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrə beynəlxalq səviyyəli təhsil almaq imkanı yaradır və onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor proqramın dövlət tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək bunu Prezident İlham Əliyevin gənclərin yüksək səviyyəli təhsil almasına göstərdiyi diqqətin növbəti təzahürü kimi dəyərləndirib. O, proqramın uğurla həyata keçirilməsinə verdikləri dəstəyə görə Elm və Təhsil Nazirliyinə və Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) strukturuna təşəkkürünü bildirib.

Daha sonra Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) strukturunun beynəlxalq əlaqələr üzrə dekan müavini professor Robin Klark çıxış edərək proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib və tərəfdaşlığın gələcək inkişaf perspektivlərini qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, eləcə də BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti, Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin fəxri zabiti (OBE) doktor Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın əhəmiyyətindən danışaraq məzunları təbrik edib, onların ölkənin enerji sektorunun inkişafında mühüm rol oynayacaqlarını bildiriblər.

Qeyd olunub ki, ADNSU və Vorvik Universiteti arasında həyata keçirilən bu proqram bərpa olunan enerji sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Tədris prosesi Warwick Manufacturing Group (WMG) tərəfindən təqdim olunan modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. Proqramın ilk buraxılışı üzrə 27 məzun təhsilini uğurla başa vurub.

Proqramın mühüm komponentlərindən biri də tələbələrin Böyük Britaniyada təşkil olunan yay məktəbində iştirakıdır. Bu müddət ərzində onlar bərpa olunan enerji obyektlərini ziyarət edib, sənaye nümayəndələri ilə görüşüb və beynəlxalq akademik mühitlə yaxından tanış olublar.

Tədbir çərçivəsində məzunların çıxışları dinlənilib, daha sonra diplomların təqdimat mərasimi keçirilib. Məzunlara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Vorvik Universiteti tərəfindən ikili magistr diplomları təqdim olunub.

Mərasim ənənəvi olaraq məzun papaqlarının havaya atılması ilə davam edib və xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, proqram tam şəkildə ADNSU tərəfindən maliyyələşdirilir və tələbələrə ödənişsiz şəkildə beynəlxalq səviyyəli təhsil alma imkanı yaradır. Bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində insan kapitalının inkişafına mühüm töhfə verir.

Mehriban İbadova

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib30.04.2026 - 17:55
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59