Təhsil 365 - Logo Mobile

“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib

9630.04.2026 - 17:55
“Heydər Əliyev və Türk dünyası” - gənc nəsil milli dövlətçilik ruhunda maarifləndirilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı və Xətai rayonu 260 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-maarifləndirici tədbir keçirilib.

“Tehsil365“ xəbər verir ki, ADU-dan bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, onun Azərbaycan xalqı və bütövlükdə Türk dünyası qarşısındakı müstəsna xidmətlərinin gənc nəslə sistemli şəkildə çatdırılması məqsədilə təşkil olunub. Bununla yanaşı, milli birlik və həmrəylik ideyalarının təbliği, bu dəyərlər ətrafında maarifləndirici müzakirələrin aparılması tədbirin əsas istiqamətlərini təşkil edib.

Tədbirin moderatoru Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli çıxışında Heydər Əliyevin dövlətçilik konsepsiyasını Türk dünyası kontekstində dəyərləndirib, onun ortaq tarixi-mədəni bağların möhkəmləndirilməsi, türk xalqları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və siyasi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini diqqətə çatdırıb. O vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycan dövlətinin inkişaf xəttinin əsas dayaqlarından biri olmaqla yanaşı, Türk dünyasında ideya və məqsəd birliyinin güclənməsinə xidmət edir. Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayıb. Bu siyasi kursun davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər və tarixi uğurlar gənc nəslin diqqətinə çatdırılmalı olan əsas məqamlardandır.

Məktəbin direktoru Kəmalə Quliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov və Şəhla Verdiyeva çıxışlarında mövzuya müxtəlif aspektlərdən yanaşaraq Heydər Əliyev irsinin siyasi, ideoloji, iqtisadi və mədəni mahiyyətini şərh edib, onun Türk dünyası ilə bağlı baxışlarının aktuallığını müxtəlif nümunələr əsasında əsaslandırıblar.

Qeyd olunub ki, bu kimi elmi-maarifləndirici təşəbbüslərin ümumtəhsil məktəblərində, eləcə də digər təhsil və mədəniyyət müəssisələrində ardıcıl şəkildə təşkili gənclərin milli kimlik, dövlətçilik ənənələri və Türk dünyası ilə bağlı dəyərlər haqqında sistemli biliklərinin formalaşmasına mühüm töhfə verir.

Tədbir Heydər Əliyev irsinin elmi müstəvidə təhlili, onun Türk dünyası ilə bağlı ideyalarının ardıcıl şəkildə təbliği və gənc nəslin bu istiqamətdə maarifləndirilməsi baxımından məzmunlu və səmərəli elmi-mədəni platforma kimi yadda qalıb.

Mehriban İbadova

Xəbər Lenti

Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24
50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi30.04.2026 - 18:20
Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi - konfrans30.04.2026 - 18:16
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib30.04.2026 - 18:15
Valideyn konfransları: valideyn-məktəb əməkdaşlığına yeni baxış30.04.2026 - 18:08
Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var30.04.2026 - 18:05
BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir30.04.2026 - 18:02
Uşaqlarla bağlı sosial şəbəkə istifadəçilərinə çağırış30.04.2026 - 18:00
Məzahir Məmmədli: “Uğursuz şagird yoxdur, uğursuz mühit var”30.04.2026 - 17:58
Ədəbiyyat İnstitutu VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlaşır30.04.2026 - 17:52
Əhali dinamikasında geriləmə: yeni statistik rəqəmlər yayımlandı30.04.2026 - 17:50
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib30.04.2026 - 17:45
Universitetlərdə süni intellektə yeni nəzarət mexanizmləri tətbiq edilir30.04.2026 - 17:42
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq30.04.2026 - 17:40
ADNSU-da 48 nəfər qazaxıstanlı alim təcrübə keçib30.04.2026 - 17:35
Üzeyir Hacıbəyli irsinə elmi baxış: Ədəbiyyat İnstitutunda sessiya30.04.2026 - 17:34
Mayın ilk gününə olan hava proqnozu açıqlandı30.04.2026 - 17:30
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Elçin Şıxlı olub30.04.2026 - 17:26
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb30.04.2026 - 17:25
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı30.04.2026 - 17:20
Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb30.04.2026 - 17:18
1935-ci ildən fəaliyyət göstərən bağça yenilənəcək - BŞTİ30.04.2026 - 17:15
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib30.04.2026 - 17:14
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək30.04.2026 - 17:10
Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib30.04.2026 - 17:06
“SABAH.city”də ali məktəblər üçün yaradılacaq imkanlar müzakirə edilib30.04.2026 - 17:05
Folklorşünas Muxtar İmanov: “Folklor dərsləri dil duyumu və bədii zövqün formalaşmasında mühüm rol oynayır”30.04.2026 - 17:00
DİM əvvəlki illərin abituriyentləri arasında sorğu keçirir30.04.2026 - 16:59