“Həm orta, həm də ali məktəb proqramlarında folklora kifayət qədər yer verilir”
Folklorşünas Muxtar İmanov “Tehsil365”ə açıqlamasında bildirib ki, folklorun, xüsusilə şifahi xalq ədəbiyyatı nümunələrinin təhsil sistemində mühüm rolu var:
“Folklor ilk növbədə təhsil alanların dil duyumunun və bədii zövqünün formalaşmasına xidmət edir.”
Muxtar İmanov vurğulayır ki, folklorun effektiv tədrisi müəllimlərin bu sahəni düzgün qavramasından asılıdır:
“Müəllimlər folkloru şagirdlərə və tələbələrə maraqlı şəkildə çatdırmaq üçün onun mahiyyətini dərindən anlamalı, əsrlərin sınağından keçmiş bu irsi sevməli və gənc nəslə də sevdirə bilməlidirlər.”
Folklorşünas ümid etdiyini bildirib ki, gələcəkdə müəllimlərin hazırlıq səviyyəsi daha da yüksələcək:
“Belə olarsa, folklor dərsləri uşaqlar üçün darıxdırıcı deyil, maraqlı və öyrədici olacaq.”

