Azərbaycanın tanınmış musiqi xadimlərindən olan Sürəyya Qovanlı-Qacar milli vokal sənətinin inkişafında mühüm xidmətlər göstərib.
“Tehsil365” xəbər verir ki, Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar 1910-cu il aprelin 18-də (1 may tarixində) Şuşada anadan olub.
Zəngin və özünəməxsus səs tembri ilə seçilən sənətkar uzun illər Azərbaycan musiqisinin təbliği ilə məşğul olub, səhnə fəaliyyəti dövründə böyük tamaşaçı rəğbəti qazanıb. O, klassik və xalq musiqisinin peşəkar ifaçılarından biri kimi tanınıb.
Sürəyya Qovanlı-Qacarın sənətə verdiyi töhfələr yüksək qiymətləndirilib. O, 1954-cü ildə Azərbaycan SSR-in xalq artisti fəxri adına layiq görülüb, həmçinin Ermənistan SSR xalq artisti adına da sahib olub.
Görkəmli müğənni 1992-ci il iyulun 27-də Bakıda vəfat edib. Onun sənət irsi Azərbaycan musiqi mədəniyyətinin dəyərli səhifələrindən biri hesab olunur.

