Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan İsi Məlikzadə yaradıcılığı ilə milli nəsr və dramaturgiyanın inkişafına mühüm töhfələr verib.
“Tehsil365” xəbər verir ki, Məlikzadə İsi Abbas oğlu 1934-cü il mayın 1-də Ağcabədidə anadan olub.
İsi Məlikzadə Azərbaycan ədəbiyyatında yeni qəhrəman tipi formalaşdıran yazıçılardan biri kimi tanınıb. O, xüsusilə insan psixologiyasını, cəmiyyətin sosial problemlərini və mənəvi dəyərləri öz əsərlərində ustalıqla əks etdirib. Yazıçının əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanıb və uzun illər aktuallığını qoruyub saxlayıb.
Görkəmli ədib 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, Azərbaycan ədəbiyyatında “60-cılar” nəslinin ən parlaq nümayəndələrindən biri hesab edilir.
İsi Məlikzadə 1995-ci il mayın 12-də Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının dəyərli irsi kimi bu gün də yaşayır.

