Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən olan Ənvər Əsgərov yaradıcılığı ilə milli rəssamlıq məktəbinə mühüm töhfələr verib.
“Tehsil365” xəbər verir ki, O, 1940-cı il mayın 1-də Qutqaşendə anadan olub.
Ənvər Əsgərov uzun illər ərzində rəssamlıq sahəsində məhsuldar fəaliyyət göstərərək həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən çoxsaylı sərgilərdə iştirak edib. Onun əsərləri özünəməxsus üslubu, rəng harmoniyası və milli motivləri ilə diqqət çəkib.
Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar Sultan Məhəmməd mükafatına layiq görülüb və “Azərbaycanın əməkdar rəssamı” fəxri adını daşıyıb.
Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, həmçinin Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-də şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Görkəmli rəssam 2014-cü ilin dekabr ayında vəfat edib. Onun sənət irsi Azərbaycan təsviri sənətinin dəyərli nümunələri sırasında yer alır.

