“Sinifdə nizam-intizam olmadıqda, dərs prosesi effektiv şəkildə qurula bilmir.”
Bu sözləri pedaqoq Validə Quliyeva "Tehsil365"ə açıqlamasında deyib.
O bildirib ki, bəzi hallarda şagirdlərin davranış qaydalarına əməl etməməsi dərs mühitini pozur və bu, həm müəllim, həm də digər şagirdlər üçün çətinlik yaradır. Onun sözlərinə görə, nizam-intizam yalnız qaydalarla deyil, düzgün yanaşma və qarşılıqlı hörmətlə formalaşır.
Validə Quliyeva qeyd edib ki, bu məsələdə həm müəllim, həm də valideyn məsuliyyət daşıyır. Uşağa evdə qaydalar öyrədilmədikdə, məktəbdə uyğunlaşma çətinləşir.
Sonda pedaqoq vurğulayıb ki, sağlam və səmərəli təhsil mühiti üçün nizam-intizam əsas şərtlərdən biridir.

