Təhsil 365 - Logo Mobile

BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

6401.05.2026 - 07:40
BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayevanın təşəbbüsü ilə “Xəzər” Muzey Mərkəzində elmi seminar təşkil olunub.

“Tehsil365” xəbər verir ki, tədbir BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” adlı kitabına həsr olunub. Müzakirələr zamanı əsər “köhnə mövzuya yeni baxış” kontekstində təhlil edilib.

Tədbirdə muzeyin yaradıcısı Səyavuş Əlizadə mərkəzin fəaliyyəti və burada nümayiş etdirilən zəngin eksponatlar haqqında ətraflı məlumat verib. Seminarda kafedranın dosenti Lalə Əfəndiyeva mövzunun aktuallığından bəhs edib, müzakirələrin elmi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, kitabda Azərbaycanda uzun müddət “şeir oğrusu” kimi təqdim edilən alman şairi və alimi Fridrix Martin fon Bodenştedtin şəxsiyyəti və yaradıcılığına fərqli prizmadan yanaşılır. Müəllif onun fəaliyyətinin Azərbaycan tarixi və ədəbiyyatı baxımından az öyrənilmiş tərəflərini üzə çıxarır. Bildirilib ki, əsər Bodenştedtin indiyədək diqqətdən kənarda qalmış mətnləri əsasında XIX əsrdə Rusiya imperiyasının Qafqazda apardığı işğalçılıq siyasətinin mahiyyəti barədə geniş təsəvvür yaradır. Bu baxımdan kitab yalnız ədəbi faktların deyil, həm də tarixi gerçəkliklərin yeni interpretasiyası kimi dəyərləndirilib.

Seminarda çıxış edən müəllif Məti Osmanoğlu Bodenştedtin “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi”, “Şərqdə min bir gün”, “Ləzgi qızı Ada”, “Ömrümdən xatirələr” kimi əsərlərinə diqqət çəkərək bu mətnlərin XIX əsr Qafqazında baş verən ictimai-siyasi və mədəni proseslərdə Azərbaycanın yerinin Avropa oxucusuna çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, bu əsərlərin tarixi və filoloji baxımdan yenidən araşdırılmasının aktuallığını qeyd edib və iştirakçıların suallarını cavablandırıb.

Sonda professor Ədibə Paşayeva kitabın Azərbaycan elmi üçün əhəmiyyətini vurğulayaraq bu cür nəşrlərin elmi mühitdə yeni müzakirələrə yol açdığını bildirib. O qeyd edib ki, dəyərli əsərlər zamanın sınağından çıxaraq öz aktuallığını qoruyur.

Zeynəb Quluyeva

Xəbər Lenti

Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib01.05.2026 - 08:10
Reklamda süni intellektdən istifadə dezinformasiya böhranını dərinləşdirə bilər- BMT-dən xəbərdarlıq 01.05.2026 - 08:00
Bu içkilər infarkt riskini artıra bilər01.05.2026 - 07:48
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi01.05.2026 - 07:30
“Dil, mədəniyyət və ünsiyyət” mövzusunda elmi seminar keçirilib01.05.2026 - 07:21
ADU müəllimləri qeyri-maddi mədəni irs üzrə beynəlxalq təlim proqramında iştirak ediblər01.05.2026 - 07:13
Gəncədə trolleybus nəqliyyat sistemi istifadəyə verilib01.05.2026 - 07:00
Milli Qəhrəman Faiq Cəfərovun xatirəsi ehtiramla yad edilir01.05.2026 - 06:36
Vəfa Quluzadə Azərbaycanın xarici siyasətində mühüm rol oynamış dövlət xadimi kimi xatırlanır01.05.2026 - 06:18
Dövlət xadimi Əliş Ləmbəranski Azərbaycan idarəçilik tarixində mühüm xidmətləri ilə yadda qalıb01.05.2026 - 06:00
Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri kimi xatırlanır01.05.2026 - 05:42
Əməkdar rəssam Ənvər Əsgərov zəngin yaradıcılığı ilə sənətsevərlərin yaddaşında qalıb01.05.2026 - 05:18
Yazıçı İsi Məlikzadə Azərbaycan ədəbiyyatında “60-cılar” nəslinin parlaq nümayəndəsi kimi tanınıb01.05.2026 - 05:06
Professor Firuddin Babayev Azərbaycan kənd təsərrüfatı elminə mühüm töhfələr verib01.05.2026 - 04:54
Əməkdar rəssam Tələt Şıxəliyev Azərbaycan təsviri sənətində yadda qalan iz buraxıb01.05.2026 - 04:36
Xalq artisti Sürəyya Qovanlı-Qacar Azərbaycan musiqi tarixində xüsusi iz qoyub01.05.2026 - 04:18
Aşıq Bəhmən Göyçəli — Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi01.05.2026 - 04:00
Məktəbli 4-cü dəfə olimpiada qalibi OLUB30.04.2026 - 19:58
“SABAH.city” layihəsi ilə bağlı görüş keçirilib30.04.2026 - 19:54
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb30.04.2026 - 19:49
Stanford Universitetinə ayrı-seçkilik iddiaları 30.04.2026 - 19:45
İçməli suda gizli təhlükə: Uşaqlar daha çox risk altındadır30.04.2026 - 19:38
I sinfə qəbul prosesi başlayır30.04.2026 - 19:32
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib30.04.2026 - 19:25
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir30.04.2026 - 19:18
Ailə, qadın və uşaq məsələləri üzrə müzakirələr keçirilib30.04.2026 - 19:14
UNEC əməkdaşları Bolqarıstanda səfirlik tədbirində iştirak edib30.04.2026 - 19:06
“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində30.04.2026 - 19:00
Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib30.04.2026 - 18:56
Görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illiyinə həsr olunmuş təntənəli gecə30.04.2026 - 18:50
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq30.04.2026 - 18:48
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır30.04.2026 - 18:44
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” işə başlayıb30.04.2026 - 18:40
“İranə Qasımova ilə Poetry Battle” layihəsinin növbəti gecəsinin mövzusu “Dostluq” olub30.04.2026 - 18:36
Qubada WUF13 Festivalı çərçivəsində maarifləndirici tədbirlər keçirilib30.04.2026 - 18:30
Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq30.04.2026 - 18:28
Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans30.04.2026 - 18:24