Təhsil 365 - Logo Mobile

Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir

10401.05.2026 - 12:00
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir

Özbəkistan Yazıçılar Birliyinin sədri Xalq şairi Siracəddin Seyyidin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdə olublar.

Bu barədə “Tehsil365” ə AMEA-dan məlumat verilib. Bildirilib ki, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin prorektoru professor Nurboy Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qayrat Macid, birliyin əməkdaşları Şerzod Irzayev, Ahmad Erqaşev və başqalarının daxil olduğu nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu rəhbərlik edib.

Qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə Bölməsinin, Gəncə Nizami Gəncəvi Muzeyinin nümayəndələri qarşılayıblar. Özbəkistanlı qonaqların Azərbaycana səfərlərini Gəncə şəhərindən başlamaları təsadüfi deyil. Çünki bu yol Nizami Gəncəvinin, Əlişir Nəvainin, Heydər Xarəzminin, Məhəmməd Füzulinin, Maqsud Şeyxzadənin açdıqları nurlu, müqəddəs yoldur. Bu gün də bu yolun müasir yolçuları eyni hissiyyatla, məfkurə ilə bu ali amalı müqəddəs əmanət kimi davam etdirirlər.

Nümayəndə heyəti əvvəlcə dahi Nizami Gəncəvinin məqbərəsini, görkəmli Azərbaycan mütəfəkkiri Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova ilə görüşüb. Gəncə səfəri Xan bağında şairə Nigar Rəfibəylinin heykəli önündə başa çatıb. Bu ziyarətlər bir daha göstərdi ki, söz adamlarının ideyaları zamanın fövqündə dayanaraq, nəsilləri bir-birinə bağlayan mənəvi körpüyə çevrilir.

Səfər çərçivəsində qonaqlar Bakıda ilk olaraq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın sədrliyi ilə “Natəvan” klubunda Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən Siracəddin Seyyid yüksək təşkilatçılığa, təqdimata və qonaqpərvərliyə görə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar başda olmaqla bütün iştirakçılara minnətdarlığını bildirib: “Özbəkistan ədəbi əlaqələri əbədi əlaqələrdir. Bunu deməyə o əsasım var ki, Əlişir Nəvai babamız böyük Nizamiyə çox böyük hörmət, ehtiram, etiqad bəsləyib. Bu elə bir dostluqdur ki, onu heç bir qüvvə sarsıda bilməz”.

Zəhra Əliyeva

Xəbər Lenti

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər01.05.2026 - 15:50
Akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərgi təşkil edilib01.05.2026 - 15:40
Uşaq əməyinin aradan qaldırılmasına dair maarifləndirmə davam edir01.05.2026 - 15:30
İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib01.05.2026 - 15:20
Astanada Azərbaycan mədəniyyəti, qastronomiyası və şərabları nümayiş etdirilib01.05.2026 - 15:10
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova01.05.2026 - 15:00
DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib01.05.2026 - 15:00
Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb01.05.2026 - 14:45
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada tətbiq ediləcək01.05.2026 - 14:30
ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub01.05.2026 - 14:20
WUF13 zamanı iştirakçılar üçün bir sıra mədəni turlar təşkil olunacaq01.05.2026 - 14:10
“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium təşkil edilib01.05.2026 - 14:00
Gənclər Kitabxanasında “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib olunub01.05.2026 - 13:50
AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli01.05.2026 - 13:38
“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli01.05.2026 - 13:20
BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir01.05.2026 - 13:00
MDU-da Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 12:45
Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ01.05.2026 - 12:38
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 12:25
Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21