Təhsil 365 - Logo Mobile

BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

10501.05.2026 - 12:25
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin (QMTTU) rektoru Meyram Beqentayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan “Tehsil365” ə bildirilib ki, görüş zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

BDU-nun rektoru Elçin Babayev Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti ilə formalaşmış əməkdaşlıq əlaqələrinə toxunaraq bildirib ki, magistratura səviyyəsində neft kimyası ixtisaslaşması üzrə ikili diplom proqramı həyata keçirilir və bu təcrübə digər ixtisaslar üzrə də oxşar proqramların hazırlanması üçün əsas yaradır. O, həmçinin tədris prosesi, akademik mübadilə və birgə təhsil təşəbbüslərinin genişləndirilməsinin əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

QMTTU-nun rektoru Meyram Beqentayev isə çıxışında diqqəti daha çox elmi tədqiqatlar və innovasiya fəaliyyəti üzrə əməkdaşlığın inkişafına yönəldərək bildirib ki, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, müasir elmi istiqamətlər üzrə koordinasiyalı fəaliyyət və tətbiqyönümlü nəticələrin əldə olunması mühüm əhəmiyyət daşıyır. O, həmçinin elmi nəşrlər, tədqiqatçıların qarşılıqlı fəaliyyəti və beynəlxalq layihələrdə birgə iştirakın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı iki universitet arasında əməkdaşlığın əsas istiqamətləri, xüsusilə kimya, fizika, biotexnologiya və kompüter elmləri sahələrində birgə tədqiqatların aparılması, magistratura və doktorantura səviyyələrində birgə elmi rəhbərlik, ortaq elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub. Müasir texniki ixtisaslar üzrə yeni ikili diplom proqramlarının yaradılması da müzakirə mövzuları sırasında yer alıb.

Daha sonra universitetin “Heydər Əliyev Lektoriyası”nda professor-müəllim heyətinin iştirakı ilə BDU ilə QMTTU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndə heyəti BDU-nun yenilənmiş infrastrukturu ilə də tanış olub.

Zəhra Əliyeva

Xəbər Lenti

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər01.05.2026 - 15:50
Akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərgi təşkil edilib01.05.2026 - 15:40
Uşaq əməyinin aradan qaldırılmasına dair maarifləndirmə davam edir01.05.2026 - 15:30
İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib01.05.2026 - 15:20
Astanada Azərbaycan mədəniyyəti, qastronomiyası və şərabları nümayiş etdirilib01.05.2026 - 15:10
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova01.05.2026 - 15:00
DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib01.05.2026 - 15:00
Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb01.05.2026 - 14:45
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada tətbiq ediləcək01.05.2026 - 14:30
ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub01.05.2026 - 14:20
WUF13 zamanı iştirakçılar üçün bir sıra mədəni turlar təşkil olunacaq01.05.2026 - 14:10
“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium təşkil edilib01.05.2026 - 14:00
Gənclər Kitabxanasında “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib olunub01.05.2026 - 13:50
AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli01.05.2026 - 13:38
“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli01.05.2026 - 13:20
BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir01.05.2026 - 13:00
MDU-da Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 12:45
Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ01.05.2026 - 12:38
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir01.05.2026 - 12:00
Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21