Bakı Slavyan Universiteti (BSU) çoxdilli təhsil mühiti çərçivəsində Azərbaycan dilinin tədrisi və beynəlxalq təşviqi istiqamətində sistemli fəaliyyət həyata keçirir. Universitetdə yaradılmış süni intellektəsaslı dil laboratoriyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dilin həm akademik, həm də praktik səviyyədə öyrənilməsi təmin olunur.
Universitetdən “Tehsil365” ə bildirilib ki, bu fikirləri rektor Anar Nağıyev Naxçıvan şəhərində keçirilən “Çağdaş Azərbaycan dilinin aktual problemləri” IV respublika elmi konfransında səsləndirib.

