Təhsil 365 - Logo Mobile

AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli

10301.05.2026 - 13:38
AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə VII Karyera sərgisi keçirilib.

Tehsil365” xəbər verir ki, “Karyera həftəsi” çərçivəsində təşkil olunan sərgi universitetdə bir həftə ərzində keçirilən çoxsaylı seminarlar, maarifləndirici görüşlər, vörkşoplar və praktik sessiyaların məntiqi yekunudur. Həftə boyunca tələbələr müxtəlif sahələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət quraraq əmək bazarının tələbləri, yeni texnologiyalar və karyera inkişaf imkanları ilə yaxından tanış olublar.

Sərginin açılışında AzMİU Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev bu kimi təşəbbüslərin gənclərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, karyera sərgiləri tələbə və məzunlara potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, öz bilik və bacarıqlarını təqdim etmək və real iş imkanları ilə tanış olmaq üçün effektiv platformadır.

AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında vurğulayıb ki, Karyera sərgisi tələbə və məzunların peşəkar gələcəyinin formalaşmasında mühüm rol oynayır. Bu kimi platformalar gənclərə əmək bazarının real tələblərini öyrənmək, ixtisaslarına uyğun müəssisələrlə birbaşa əlaqə qurmaq və gələcək karyeralarını düzgün istiqamətləndirmək imkanı yaradır.

Rektor qeyd edib ki, AzMİU məzunlarının məşğulluq göstəriciləri universitetdə tədrisin keyfiyyətinin və sənaye ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu sübut edir: “Məzunlarımızın 83 faizdən çoxu ali təhsili başa vurduqdan sonra ilk bir il ərzində işlə təmin olunur, onların 71 faizi isə ixtisasları üzrə fəaliyyət göstərir. Bu, universitet–sənaye əlaqələrinin real nəticəsidir”.

Xüsusi vurğulanıb ki, sərgi çərçivəsində yalnız ümumi vakansiyalar deyil, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirak edəcək memar və inşaat mühəndislərinin seçimi istiqamətində işlər aparılır. Bu isə tədbirin ölkənin strateji inkişaf prioritetləri ilə birbaşa bağlı olduğunu göstərir.

Qeyd olunub ki, VII Karyera sərgisində 70-ə yaxın dövlət qurumu və aparıcı şirkət iştirak edir. Sərgi çərçivəsində tələbə və məzunlara 400-dən çox vakansiya və müxtəlif istiqamətlər üzrə ödənişli təcrübə proqramları təqdim olunur. Təklif olunan imkanlar memarlıq, inşaat, şəhərsalma, dizayn, informasiya texnologiyaları, kommunikasiya mühəndisliyi və sənayenin digər mühüm sahələrini əhatə edir.

Tədbirdə SOCAR, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bərpa və tikinti qurumları, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Təhsilin İnkişafı Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “PMD Projects” MMC, “Kristal Abşeron”, “Proyapı” və digər dövlət və özəl təşkilatlar təmsil olunub.

Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri iştirakçılara vakansiyalar, təcrübə proqramları və işə qəbul proseduru barədə ətraflı məlumat veriblər. Tələbə və məzunlar isə təqdim olunan imkanlarla yaxından tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurub, suallarını ünvanlayıb və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

Qeyd edək ki, AzMİU-da hər il keçirilən Karyera sərgisi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların praktik bacarıqlarının artırılması və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına töhfə verən mühüm platforma kimi ildən-ilə daha böyük maraqla qarşılanır.

Zəhra Əliyeva

Xəbər Lenti

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər01.05.2026 - 15:50
Akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərgi təşkil edilib01.05.2026 - 15:40
Uşaq əməyinin aradan qaldırılmasına dair maarifləndirmə davam edir01.05.2026 - 15:30
İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib01.05.2026 - 15:20
Astanada Azərbaycan mədəniyyəti, qastronomiyası və şərabları nümayiş etdirilib01.05.2026 - 15:10
DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib01.05.2026 - 15:00
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova01.05.2026 - 15:00
Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb01.05.2026 - 14:45
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada tətbiq ediləcək01.05.2026 - 14:30
ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub01.05.2026 - 14:20
WUF13 zamanı iştirakçılar üçün bir sıra mədəni turlar təşkil olunacaq01.05.2026 - 14:10
“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium təşkil edilib01.05.2026 - 14:00
Gənclər Kitabxanasında “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib olunub01.05.2026 - 13:50
“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli01.05.2026 - 13:20
BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir01.05.2026 - 13:00
MDU-da Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 12:45
Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ01.05.2026 - 12:38
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 12:25
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir01.05.2026 - 12:00
Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21