Mayın 17-22-də Azərbaycanın paytaxtı Bakı növbəti mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirərək şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin müzakirəsi üçün qlobal platforma yaradır. Bu Forumun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq mövqeyinin gücləndiyini və qlobal proseslərdə daha fəal rol oynadığını göstərən mühüm hadisə kimi qiymətləndirilir.
“Tehsil365” xəbər verir ki , WUF13-ün Azərbaycanda keçirilməsi yalnız beynəlxalq tədbir kimi deyil, həm də ölkənin inkişaf modelinin, mədəni müxtəlifliyinin və urban transformasiya təcrübəsinin dünyaya nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.

