Təhsil 365 - Logo Mobile

Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova

11201.05.2026 - 15:00
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova

“Ümumiyyətlə, istər aqressiv uşaqlar olsun, istər qapalı uşaqlar olsun, bu uşaqlara bəzən baxırıq ki, hətta aqressivə də , qapalıya da valideyn cəza verərək sanki onu bu vəziyyətdən çıxartmaq istəyir, amma onlara cəza verməkdənsə, onların daxili duyğularını, daxili ehtiyaclarını daha çox nəzərə almaq lazımdır.”

Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Aytən Ələkbərova bildirib.

“Yəni bu anlamanın içərisində emosional bir anlama var ki, o emosional anlama öz aralarında effektiv bir ünsiyyət kimi qurulmalıdır. Çünki bu uşaqlarda çox vaxt özünü ifadə edə bilməmək və yaxud daxilində yığılmış gərginliyi çıxara bilməməkdən bəzən görürsünüz ki, ya qapalı olurlar, ya aqressiv olurlar.”

“Məsələn, aqressiv uşaqlara ümumi götürdükdə necə davranmaq lazımdır? İlk olaraq sakit qalmaq lazımdır. Çünki uşaq qışqıranda, hansı məqamda qışqırır? Uşağı dinləməyəndə. Və uşaq qışqırırsa, siz sakit dinləyin. Sakit dinləmək lazımdır ki, onun öhdəsindən gələ biləsiniz. Və yaxud da müəyyən bir məqamda sərhəd qoymaq lazımdır ki, məsafə saxlansın. Baxın, hansı uşaqlar daha çox aqressiyanın içərisindədirlərsə, onlarla bunu hətta nənə-baba ilə münasibətdə də görmək olar ki, nənə-baba özünə hörmət edib bir balaca sərhədi saxlayırsa, o uşaq onlarla davranışda çox hörmətli ola bilir. Çünki bu davranış bəzən biz baxırıq ki, müəyyən məqamlarda “səni başa düşmək istəyirəm” demək əvəzinə, yanlış reaksiyalarla əvəz olunur.”

“Daha çox olur ki, həmin uşağın enerjisini yönləndirmək lazımdır: idmanda olsun, qaçışda olsun, rəsmdə olsun. Baxırıq ki, uşağın ruhuna hansı fəaliyyət daha çox uyğun gəlir. Bəzən görürsünüz ki, idmanda özünü yaxşı hiss edən uşağı musiqiyə yönəldiblər, amma musiqidə o özünü yaxşı hiss etmir və bir az da artıq aqressiyasını göstərir. Sanki pianonun üzərinə vuraraq, “bam-bam” edərək bütün aqressiyasını oraya tökmək istəyir. Buradan artıq görünür ki, uşaq bunu özünə bir cəza kimi qəbul edir, yəni “məni cəzalandırmaq üçün sevmədiyim musiqi alətinə məcbur edirlər” kimi düşünür.”

“Qapalı uşaqda isə baxırıq ki, bununla necə davranmaq lazımdır. Çünki qapalı uşağa təzyiq etmək qətiyyən olmaz. Bu hansı təzyiqdir? “Axı sənə nə olub?” kimi suallar. Bəzən valideyn uşağın qolundan tutub, onu sirkələyərək “Nə olub sənə? Nə baş verib?” deyə soruşur. Bu isə çox yanlış yanaşmadır. Çünki bu şəkildə uşaq danışmağa daha da qapanır. Mütləq şəkildə həmin uşaqda güvən yaratmaq lazımdır ki, o sənə özünü aça bilsin, bölüşə bilsin.”

“Bəlkə uşaq hansısa bullyingə rast gəlibdir və buna görə qapanıb. Və yaxud da ola bilər ki, həmin sakit, qapalı uşaq mutizmlə əziyyət çəkir. Bu zaman baxmaq lazımdır ki, mutizmin hansı növüdür: selektiv mutizmdir, yoxsa total mutizmdir. Bu kimi hallarda valideynlər övladlarına mütləq diqqət etməlidirlər. Onlarla birlikdə vaxt keçirməlidirlər. Oyun zamanı, gəzinti zamanı uşağın gözündə yalnız sevinc yox, kədər də müşahidə olunursa, demək ki, bu qapalı davranışın arxasında müəyyən səbəblər var.”

“Yəni hər iki halda ortaq yanaşmalar mövcuddur: istər qapalı uşaq olsun, istər aqressiv uşaq olsun, ən vacibi onu dinləməkdir. Hər şeyi nəzarətdə saxlamaqdan çox, “səhvinlə də, düzünlə də sənin yanındayam” mesajını vermək lazımdır. Uşağa güvən hissi aşılamaq vacibdir. Eyni zamanda, gündəlik rejimdə rutin və sabitlik yaratmaq, həyatına müəyyən harmoniya qatmaq lazımdır. Məsələn, telefon və sosial media istifadəsinə də nəzarət etmək lazımdır ki, problemin mənbəyi müəyyən edilsin. İlk olaraq valideyn səbəbi anlamalıdır ki, övladına düzgün şəkildə kömək edə bilsin.”

Zəhra Əliyeva

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58