Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihənin icrasına başlanılıb.
İctimai Birlikdən “Tehsil365"ə bildirilib ki, layihənin müddəti üç ay davam edəcək və bu çərçivədə Mingəçevir, Tovuz, Qusar, Lerik və Salyan şəhərlərində konfranslar və maarifləndirici görüşlər keçiriləcək. Tədbirlərdə ictimai birlik üzvləri, yeniyetmələr və gənclər, tarixçilər, politoloqlar və yerli sakinlər iştirak edəcəklər.
Layihənin məqsədi azərbaycançılıq ideologiyasının tarixi köklərini, inkişaf mərhələlərini və müasir dövrdəki rolunu geniş ictimaiyyətə, xüsusilə də regionlarda yaşayan yeniyetmə və gənclərə çatdırmaqdır.

