Təhsil 365 - Logo Mobile

İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib

9801.05.2026 - 15:20
İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib

Bakı Xoreoqrafiya Akademiyasında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyasının ikinci mərhələsi ilə bağlı mətbuat konfransı təşkil olunub.

“Tehsil365“ xəbər verir ki, mətbuat konfransında çıxış edən komissiya sədrləri proseslə bağlı fikrilərini səsləndiriblər.

Komissiya sədrlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva imtahan prosesi barədə məlumat verib.

O qeyd edib ki, imtahanlar zamanı həm müsbət, həm də neqativ hallarla rastlaşıblar. “Regionlarımızda yüksək səviyyədə savad verən müəllimlərimiz də var. Attestasiya prosesinin keçirilməsi ümumilikdə adekvat şəkildə qəbul olundu. Müəllim, eyni zamanda, psixoloq kimi də fəaliyyət göstərməlidir, çünki o, kiçikyaşlı uşaqlarla işləyir. Bu prosesdə müəllim həm də öz bilik və bacarıqlarını şagirdlərə düzgün şəkildə ötürməlidir”,- deyə o əlavə edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, professor, komissiya sədri Könül Hüseynova diqqətə çatdırıb ki, müəllimlərin yetişməkdə olan gənc nəslə hansı istiqamətdə yanaşdığının şahidi olublar.

Əməkdar müəllim, komissiya sədri Qəzənfər Abbasov imtahan zamanı ən mühüm məqamlardan birinin müəllimlərin fəallaşdırması olduğunu vurğulayıb. O, attestasiyanın nəticəsində gələcək nəsillərə daha peşəkar səviyyədə təhsil verə bilən müəllim kadrlarının formalaşdığını bildirib.

Əməkdar artist, komissiya sədri Bəyimxanım Vəliyeva prosesin şəffaf keçirildiyini söyləyib. “Kameralar və səsyazıları vasitəsilə aparılan müşahidələr zamanı müsbət hallarla rastlaşdıq. Öz təcrübəmə əsaslanaraq hesab edirəm ki, dərs saatlarının artırılması məqsədəuyğundur”,- deyə B.Vəliyeva əlavə edib.

Diqqətə çatdırılıb ki, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrini əhatə edib, ilin sonunda isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Ümumilikdə təxminən 8 min müəllim prosesə cəlb edilib.

Attestasiyalar Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının bazasında təşkil olunub. Bunun üçün zəruri şərait yaradılıb, şəffaflığın təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, səs yazısı aparılıb, komissiya üzvləri isə həmin mərkəzdə fəaliyyət göstərib.

Mehriban İbadova

Xəbər Lenti

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər01.05.2026 - 15:50
Akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərgi təşkil edilib01.05.2026 - 15:40
Uşaq əməyinin aradan qaldırılmasına dair maarifləndirmə davam edir01.05.2026 - 15:30
Astanada Azərbaycan mədəniyyəti, qastronomiyası və şərabları nümayiş etdirilib01.05.2026 - 15:10
DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib01.05.2026 - 15:00
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova01.05.2026 - 15:00
Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb01.05.2026 - 14:45
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada tətbiq ediləcək01.05.2026 - 14:30
ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub01.05.2026 - 14:20
WUF13 zamanı iştirakçılar üçün bir sıra mədəni turlar təşkil olunacaq01.05.2026 - 14:10
“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium təşkil edilib01.05.2026 - 14:00
Gənclər Kitabxanasında “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib olunub01.05.2026 - 13:50
AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli01.05.2026 - 13:38
“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli01.05.2026 - 13:20
BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir01.05.2026 - 13:00
MDU-da Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 12:45
Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ01.05.2026 - 12:38
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 12:25
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir01.05.2026 - 12:00
Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21