Təhsil 365 - Logo Mobile

“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib

9801.05.2026 - 16:05
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi baş tutub. 

“Tehsil365“
xəbər verir ki, konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və AMEA Naxçıvan bölməsinin tərəfdaşlığı ilə keçirilib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, bu konfransın keçirilməsinin əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərin, eləcə də müasir tədqiqat nəticələrinin elmi müstəvidə müzakirəsini təşkil etmək, elmi fikir mübadiləsi aparmaq və tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, əsrlər boyunca Azərbaycan dilinin formalaşdırılmasına böyük əmək sərf olunub. 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, müxtəlif elm sahələrinin dilçiliklə bir araya gətirilərək araşdırılması elmlərarası əlaqəni gücləndirir, yeni tədqiqat imkanları yaradır. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti prorektoru, professor Asəf Zamanov Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Ana dilinin tədrisi və elmi tədqiqi sahəsində görülən işlər milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “Dövlət dili strategiyasına elmin dəstəyi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, professor Zahid Məmmədovun “Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEAnın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Azərbaycan mədəniyyəti-2040” konsepsiyasında dil və milli kimlik problemi mövzularında məruzələri dinlənilib.

Ardınca NDU-nun rektoru Elbrus İsayev tərəfindən konfransın ərsəyə gəlməsində əməyi olan məsul şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransın bölmə iclaslarında 2 gün ərzində 6 istiqamət üzrə 12 bölmədə 20 elm və təhsil müəssisələrindən 110 əməkdaşın 97 məruzəsi təqdim olunacak.

Mehriban İbadova

Xəbər Lenti

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər01.05.2026 - 15:50
Akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərgi təşkil edilib01.05.2026 - 15:40
Uşaq əməyinin aradan qaldırılmasına dair maarifləndirmə davam edir01.05.2026 - 15:30
İncəsənət müəllimlərinin fəaliyyəti qiymətləndirilib01.05.2026 - 15:20
Astanada Azərbaycan mədəniyyəti, qastronomiyası və şərabları nümayiş etdirilib01.05.2026 - 15:10
Aqressiv və ya qapalı şagirdlərə yanaşma necə olmalıdır? - Aytən Ələkbərova01.05.2026 - 15:00
DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib01.05.2026 - 15:00
Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb01.05.2026 - 14:45
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada tətbiq ediləcək01.05.2026 - 14:30
ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub01.05.2026 - 14:20
WUF13 zamanı iştirakçılar üçün bir sıra mədəni turlar təşkil olunacaq01.05.2026 - 14:10
“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium təşkil edilib01.05.2026 - 14:00
Gənclər Kitabxanasında “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib olunub01.05.2026 - 13:50
AzMİU-da VII Karyera sərgisi: Azad olunmuş ərazilər üçün kadr seçimi və universitet-sənaye əməkdaşlığının uğurlu modeli01.05.2026 - 13:38
“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli01.05.2026 - 13:20
BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir01.05.2026 - 13:00
MDU-da Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 12:45
Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ01.05.2026 - 12:38
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 12:25
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri genişlənir01.05.2026 - 12:00
Pedaqoq: Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə birbaşa təsir edir01.05.2026 - 09:54
“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib01.05.2026 - 09:42
BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb01.05.2026 - 09:30
Qərb ölkələri istiqamətində xarici siyasət ADU-da müzakirə edilib01.05.2026 - 09:21
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub01.05.2026 - 09:13
Bu günə olan hava proqnozu 01.05.2026 - 09:02
BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib01.05.2026 - 08:51
Odlar Yurdu Universitetində orqan donorluğuna həsr olunmuş maarifləndirici tədbir keçirilib01.05.2026 - 08:41
BMU-da Bakının multikultural memarlığına həsr olunan ustad dərsi01.05.2026 - 08:32
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar01.05.2026 - 08:21