“İlk dəfə ölkədə yaradılan süni intellekt və kompüter dilçiliyi şöbəsindəki proqramçıların köməyi ilə hazırda istifadə edilən və balansımızda olan 220 min yeni söz emal olunub”.
“Tehsil365“ xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən IV Respublika Elmi Konfransında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli deyib.
O bildirib ki, ilk dəfə korpus dilçiliyində süni intellekt tətbiq olunub: “Respublikanın ciddi korrektə olunan dövlət qəzetlərinin PDF materiallarından istifadə edərək mətnləri proqram təminatına daxil etdik və sistem 55 milyon sözü oxuya bildi. Təkrar sözlər çıxarıldıqdan sonra bu göstərici 220 minə endirildi”.

