Təhsil 365 - Logo Mobile

Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar

9701.05.2026 - 16:35
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar

Aprelin 30-da ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr üçün Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ekskursiya təşkil olunub.

“Tehsil365“ xəbər verir ki, ekskursiyanın əsas məqsədi tələbələrin iqtisadiyyat və maliyyə sahəsinə marağının artırılması, ali təhsil mühiti ilə yaxından tanışlıqlarının təmin edilməsi və gələcək peşə seçimlərinə istiqamət verilməsi olub.

Tədbir çərçivəsində tələbələr universitetin auditoriyaları, tədris mühiti və fakültə fəaliyyəti ilə tanış olmuş, maliyyə və iqtisadiyyat sahəsində müasir tələblər, bu istiqamətdə tələb olunan bilik və bacarıqlar barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda tələbələr UNEC-in 7/24 fəaliyyət göstərən müasir kitabxanası ilə tanış olmuş, burada yaradılan rahat oxu mühiti, elektron resurslar və tələbələr üçün təqdim olunan imkanlar barədə məlumatlandırılıblar.

Ekskursiya zamanı tələbələr Azərbaycanın sabiq maliyyə naziri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov və Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev ilə görüşdə iştirak ediblər. Görüş zamanı tələbələrə maliyyə sahəsinin perspektivləri, peşəkar inkişaf yolları, həmçinin bu sahədə uğur qazanmaq üçün vacib olan keyfiyyətlər barədə geniş məlumat verilmiş, onların sualları cavablandırılıb.

Ekskursiya Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilib. Onun təşəbbüsü ilə tələbələr ali təhsil mühitini yaxından müşahidə etmək və real təcrübə əldə etmək imkanı qazanıblar.

Səfər tələbələrin dünyagörüşünün genişlənməsinə, onların peşəkar inkişafına və gələcək hədəflərinin müəyyənləşdirilməsinə müsbət təsir göstərmiş, iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıblar.

Mehriban İbadova

Xəbər Lenti

İranda 21 yaşlı karate çempionu edam edildi03.05.2026 - 19:56
Şagird imtahana ayaqqabısının altında telefon keçirtmək istədi03.05.2026 - 19:48
Müəllimlərin sertifikatlaşdırma imtahanları davam edir03.05.2026 - 19:36
Sertifikasiyadan 60 bal toplayan MÜƏLLİMLƏR03.05.2026 - 19:26
İmtahanda bir nəfərdən mobil telefon tutulub03.05.2026 - 19:15
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə qəbul üzrə test imtahanı keçirilir03.05.2026 - 18:56
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq03.05.2026 - 18:48
Məktəbdəki hadisədə 2 güllə yarası almışdı - 18 gün sonra ÖLDÜ03.05.2026 - 18:36
Sabah 24° isti olacaq03.05.2026 - 18:28
Həftəsonu dərsləri problemə çevrilməsin: Psixoloqdan valideynlərə üç vacib məsləhət03.05.2026 - 18:16
İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir03.05.2026 - 18:08
OECD: Rumıniya, Polşa və Xorvatiya beynəlxalq tələbələrin payına görə aşağı göstəricilərə malikdir03.05.2026 - 17:56
Portağal beyin və ürəyi qoruyur03.05.2026 - 17:55
Süni intellekt İsveçdə illüstratorları əvəz edir03.05.2026 - 17:48
Hər gün kivi yeməyin orqanizmə təsiri03.05.2026 - 17:45
Şəki-Zaqatala bölgəsi üzrə olimpiada və müsabiqələrin yarımfinalında 815 şagird biliyini sınayıb03.05.2026 - 17:36
Min bir dərdin dərmanıdır03.05.2026 - 17:35
Şəkidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə: Qabaqlayıcı tədbirlərin səmərəliliyi artırılmalıdır03.05.2026 - 17:28
Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tamaşa təqdim edilib03.05.2026 - 17:25
Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb03.05.2026 - 17:16
Pentaqon gizli sənədləri Süni İntellektə etibar etdi03.05.2026 - 17:15
Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirilib03.05.2026 - 17:06
Süni intellekt və vəkillik: Peşənin vaxtı bitirmi?03.05.2026 - 17:05
Qadınların hər gün istifadə etdiyi məhsul onları ölümə aparır03.05.2026 - 17:00
Çiyələyin bu hissəsi də yeməlidir03.05.2026 - 16:55
Bu meyvə şirəsi ürəyin dərmanıdır03.05.2026 - 16:45
Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri yox imiş03.05.2026 - 16:35
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir03.05.2026 - 16:25
İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir03.05.2026 - 16:15
Texas sakinləri İlon Maskın "SpaceX" şirkətini məhkəməyə veriblər03.05.2026 - 16:05
Çində keçmiş sevgililərin süni intellekt "surətini" yaradan servis hazırlanıb03.05.2026 - 16:00
ABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır03.05.2026 - 15:50
Mask deyir ki, süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər03.05.2026 - 15:40
Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib03.05.2026 - 15:30
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?03.05.2026 - 15:20
"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib03.05.2026 - 15:10
29 min şagird imtahan verdi: Telefonu görün necə gizlədib – İmtahandan çıxarıldı03.05.2026 - 15:00
Müəllimlərin 47 faizi 51–60 bal toplayıb - 6 maksimum nəticə 03.05.2026 - 15:00
Meteohəssas insanların DİQQƏTİNƏ03.05.2026 - 14:45
“Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşib03.05.2026 - 14:25
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb03.05.2026 - 14:10
Misir Böyük Muzeyində Azərbaycan tarixində qadınların rolundan danışılıb03.05.2026 - 13:55
Bakı ilə İzmirin qardaşlaşmasının 40-cı ildönümü qeyd edilib03.05.2026 - 13:30
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər03.05.2026 - 13:10
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb03.05.2026 - 12:55
Rezidenturaya imtahanın nəticələri 4 gün ərzində elan olunacaq03.05.2026 - 12:30
Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılır03.05.2026 - 12:00
ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqəsinin ilk mərhələsi keçirilib03.05.2026 - 09:58